“Dirəniş Səsi” Güney Azərbaycanın çağdaş mücadilə dərgisidir

Ötən ilin sonlarından başlayaraq, Güney Azərbaycanın ictimai fikrində “Dirəniş Səsi” adlı səs oyadan yeni dərgi fəaliyyətə başlamışdır. Dərgi sırf ədəbi-mədəni mövzulara daha çox yer verir. 46 səhifəlik bu dərgi Güney Azərbaycan dışında, Türkiyə, Avropa və bir çox ölkələrdə soydaşlarımız arasında da yayınlanır.

Qeyd edək ki, yarı gizli şəkildə fəaliyyət göstərən bu dərgi Güney Azərbaycan Türk Ulusunun öz taleyi uğrunda mücadilənin ədəbi söz tribunası kimi də tanınır. Dərgi həm də latın əlifbasında dərc olunur. Əsas məram isə Güney Azərbaycan Milli Hərəkatına dəstək verməkdir. Dərgidəki bütün yazılar Güney Azərbaycanın çağdaş durumu, ana dili və milli haqlar uğrunda aparılan mücadiılələri işıqlandırır.

Xudaferin.eu
Güney Azərbaycan, “Təbriz Bürosu”    

 

12:20