Bərzaniyə qarşı çevriliş planı: Ərbil ayaqda

 

İraq ordusunun terrorçu kürd silahlı birliklərindən Türkman şəhəri Kərkük və onun çevrəsinin təmizləməsindən sonra Ərbilə hər an gözlənilən əməliyyat İraq kürdləri arasında ciddi problemlər ortaya çıxıb.

Kərkük şəhərindən sonra, bu dəfə Ərbildə Məsud Bərzaniyə qarşı hərbi çevriliş olacağı barədə xəbərlər dolaşır. Altınkörpü və Quştəpəni də peşmərgədən geri alan İraq ordusu Mosul su anbarı yaxınlığından Türkiyə sərhədindəki Zahoya tərəf irəliləyir. Çox sayda tank və "Haşdi Şabi" döyüşçüləri ilə anbarın qərb hissəsini peşmərgə və PKK-dan geri alan rəsmi Bağdad Ovaköy yolunu nəzarət altına alacaq. Artıq Habur sərhəd qapısının açıldığı bölgənin peşmərgədən tamamilə təmizlənməsi və Zahoya çox yaxın mövqelər seçdikləri də proseslərin sürətlənməsinə səbəb olubdur.

Bazar günü Kərkükün ardınca Taktak, Zumamr, Batme, Ayn Zale kimi neftli əraziləri itirən Mustafa Bərzaniyə qarşı hərbi çevriliş olacağı artıq gözlənilən prosesə çevrilibdir.  Kürdlər torpaqların İraq ordusu tərəfindən tutulmasında başlıca günahkarın Bərzani olduğunu düşünür. Ərbildə təhlükəsizlk tədbirləri gücləndirilib və bunun bir səbəbinin də çevriliş ehtimalı olduğu deyilir. Bərzaniyə məxsus təhlükəsizlik qüvvələri gecə-gündüz iş başındadır. Məqsəd gözlənilən çevriliş ehtimalının qarşısını almaqdır.
O da bəllidir ki, bir çox kürd əşirətləri də artıq Mustafa Bərzani hakimiyyətini qəbul etmirlər. Onlar ənənəvi şəkildə İraq, Suriya və Türkiyə arasında normal münasibətlərin olması ideyasını müdafiə etməyə çalışırlar. Onlar çox gözəl anlayırlar ki, 1950-ci illərdən üzü bu yana xəyali “Kürdüstan” ideyası heç bir zaman gerçəkləşməyəcəkdir.

Xudaferin.eu
“Orta Doğu Bürosu”

 

09:40