Bərzaninin planı faş oldu

 

İŞİD bəhanəsi ilə Kərkükü işğal etməyə hazırlaşır
Orta Doğunu sürü ilə bürüyən terror təşkilatlarının vahid mərkəzdən idarə edildiyi bir daha aşkar oldu – hədəfdə Azərbaycan da var

 

ABŞ-ın minlərlə tır silah, peşəkar hərbi təlimçilər və s. vasitəsi ilə dəstəklədiyi PYD/PKK terror təşkilatı İŞİD bəhanəsi ilə Tel Abyad, Aynel Arab və Hasekeni işğal eləmişdi. Eyni oyunu indi Bərzani Kərkük ilə oynamaq istəyir. Mosul ilə Telaferdə təslim olan İŞİD terrorçuların Kərkükə göndərilməsi, Peşmərgə ilə PKK-nın da bunu bəhanə edib şəhərə hücum etməsi nəzərdə tutulurmuş, Terror dəhlizini qanuniləşdirmək məqsədilə keçirilən referendumun vədəsi yaxınlaşan Şimali İraqda Bərzaninin PKK – KYP (Kürdistan Yurdsevərlər Birliyi) ittifaqı Kərkükdə təxribat törətməyə hazırlaşır. Amerikanın dəstəklədiyi məxfi plana görə, Mosul və Telaferdə PKK ilə Peşmərgəyə təslim olan İŞİD terrorçuları bundan əvvəl Tel Abyad, Aynel Arab və Hasekedə həyata keçirdikləri sızma əməliyyatları bəhanəsi ilə Kərkükdə əməliyyat aparacaqlar. Peşmərgə və PKK İŞİD hücumunu bəhanə edərək Kərkükü işğal edəcəklər.

İŞİD terrorçuları etiraf ediblər

 

Peşmərgə və PKK əli ilə Suriyaya keçirilən və ASO tərəfindən Ayn Dakne bölgəsində yaxlanan 3 nəfər işidçi Peşmərgə-PKK ittifaqının əlində hələ də 300 nəfərdən artıq İŞİD terrorçusunun olduğu xəbərini veriblər. Kərkük təxribatı üçün 60-80 nəfər işidçidən istifadə ediləcəyi bildirilir. Telafer-İyaz bölgəsində PKK və Peşmərgəyə təslim olan 600 nəfər İŞİD yaraqlısı ilə, Mosuldan qaçaraq Peşmərgəyə sığının 700 İŞİD yaraqlısından bir qisminin Kərkükdəki qurama əməliyyar üçün istifadə ediləcəyi öyrənildi.

Havice və Sincardan Kərkükə daxil edəcəklər

“Yeni Şafak” qəzetinə məlumat verən qaynaqlar İŞİD yaraqlılarının Kərkükə sızdırılması üçün yanacaq və taxıl daşıyan maşınlardan istifadə ediləcəyini bildirib. Havice və Səncardan Kərkük əməliyyatı üçün göndəriləcək işidçilərin mülki paltarlarda şəhərə daxil olacaqları və sonra müəyyən nöqtələrdə onlara silah və bomba veriləcəyi güman edilir.

İşğal planına görə, Kərkükə sızdırılan İŞİD üzvləri, 3-4 müxtəlif nöqtədən asayiş qüvvələrinə və dövlət idarələrinə hücumlar etməlidirlər. PKK-KDP-Kyp ittifaqı qısamüddətli atışmaları bəhanə edərək, Süleymaniyə və Ərbildən 8 min Peşmərgə ilə Səncarda 2 500 nəfərlik PKK yaraqlısını Kərkükə aparacaq. Ümumilikdə, artıq Kərkükdə 14 min nəfər silahlı Peşmərgə milisi vardır. İŞİD-dən istifadə edərək həyata keçiriləcək təxribat zamanı Kərkükdəki PKK, KDP, KYB yaraqlılarının sayını 25 min nəfərə çatdırmaq nəzərdə tutulub.

Şiə milislər Kərkükdə

Kərkükdə polis və Peşmərgənin təhrik məqsədi ilə mülki yerlərə atəş açdıqları, arabir bomba partlatdıqları şəhər mərkəzində təhrikçilik gündən-günə artır. Kərkükdə Bərzani rəhbərliyindən gələn açıqlamalara paralel şəkildə gün ərzində 2 min nəfərdən artıq Bahu regionuna yerləşdirilib. Onların ağır silahları da vardır.

Peşmərgə gizləyir

Kərkükdə 1500-ə yaxın PKK yaraqlısının gizlədildiyi bildirilir. Bu, PKK qrupunun mühüm bir hissəsinin İraq mərkəzi hökumətinin bu günlərdə vəzifəsindən çıxardığı keçmiş Kərkük valisi Necmeddin Kərim tərəfindən gətirildiyi, Şoray, Məktəb Xəlil, Matar Mədəni və Amel Şaabi bölgələrində yerləşdirildiyi bildirilir. PKK terrorçuları Peşmərgə tərəfindən qorunana hücrə evlərində bəslənirlər.

Qeyd edək ki, sentyabrın 25-də İraqdan böyük bir parça torpaq, həmçinin türkmən Kərkük şəhərini də qoparmaq istəyən Məsud Bərzaninin iştahı daha böyükdür. Ona tabe olan “Rudav” televiziyasında Naxçıvan əraziləri də gələcək Kürdistan torpağı kimi göstərilir:

Hurriyyet.org

09:28