Bərzaninin mafiya dövləti: sərvəti dodaq uçuqlatdı

 

İKYB başqanı, eyni zamanda Quzey İraqda qondarma “Kürdüstan” bölücü siyasətinin lideri Məsud Bərzani Korək Telekom, neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətə çevirib. Bərzaninin sərvətinin 55 milyard dollar olduğu bildirilir.
 

Son günlər dünya mətbuatında Məsud Bərzaninin keçirdiyi 25 sentyabr referendumu sonucu olaraq Orta Doğunun ən çox danışılan fiquru halına gəldi. Bu yöndə açıqlama verən və kürd kökənli iraqlı keçmiş bürokrat, Mustafa Bərzaninin özü, oğlu, qardaşları və qardaşlarından ibarət bir dərəbəylik rejimi qurduğunu və Maliyyə Nazirliyi qurumunun sadəcə bir görüntü olduğunu və bütün gəlirlərin bu ailəyə məxsus şəxsi hesablarda tutulduğunu bildirib. Heç bir nəzarət olmadan 1992-ci ildən bu yana tayfanın fövqəladə zənginliyə malik olduğuna diqqət çəkən İraqlı keçmiş bürokrat, Ərbildə insanların həyat standartı illər boyu dəyişməzkən, tayfanın gəlirlərinin isə əks istiqamətdə böyüdüyünə diqqət çəkib.
 

Bərzaniyə qarşı üsyan etmişdi

Ərbildə 2009-2014 illəri arasında rəhbər vəzifələrdə olan keçmiş bürokrat Bərzaninin 55 milyard dollarlıq fərdi sərvətinin olduğunu deyib. İraqın quzeyində 2012-2017 illərdə 45-dən çox neft quyusunu işğal edən Bərzaninin “Habur Sərhəd Qapısı”, “Korək Telekom”, qaz-neft gəlirləri və mərkəzi hökumətdən aldığı payları şəxsi sərvətə çevrildiyini deyən mənbə, bir dövr maliyyə naziri olan Rebaz Hamlanın də qeyri-qanuni fəaliyyətlərdən narahat olub, üsyan etdiyini xatırladıb. İraq bölücü “Kürdüstan” rəhbərliyi maliyyə naziri vəzifəsində olan Kürək Çəkinin, "hökumətə gəlməsi lazım olan bütün pulların Bərzaninin hesabına köçürülməsindən dolayı və qazanılan pulların infrastruktur sahələrinə xərclənməməsi səbəbindən Bərzaniyə qarşı çıxdığını qeyd edən bürokrat, “Bərzani, öz tayfasını zənginləşdirərkən, bölgə xalqını 1991-ci ildən əvvəlki illərə nisbətdə daha çox yoxsullaşdırdı" deyə, bildirib.

Bir çox ölkədə investisiyaları var

Mustafa Bərzaninin Türkiyə, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Kipr və İngiltərə kimi ölkələrdə ciddi investisiyaları olduğunu dilə gətirən Şimali İraqlı mənbə, tayfaya birbaşa və ya dolayı yolla bağlı şirkətlərin dənizçilik, lojistik-daşıma, ərzaq, metal sənəti, tikinti və neft ticarəti başda olmaqla, bir çox sektorda fəaliyyət göstərdiyi məlumatını verib. Keçmiş bürokrat, Türkiyə sərhədindəki Habur və İrana açılan Başmaq Sərhəd Məntəqələrinin tayfa üçün neft qədər mühüm gəlir mənbəyi olduğuna da işarə edərək "Ərbil, bir mafiya quruluşu yaradaraq bütün gəlirləri bir tək insanda topladı" - deyə danışıb.

Müxalifət.az

 

09:47