BİR TOPÇUNUN QÜDRƏTİ

Topçu - Adışov  Qüdrət  Rahim oğlu.
Adışov Qüdrət Rahim oğlu. 26 iyul 1998 ci ildə Yardımlı rayonunda, Ostair kəndində  anadan olub. 192 saylı orta məktəbdə 4 il oxuyub. 5 ci sinifdən  Zabrat qəsəbəsində 36 saylı orta  və 1 saylı  musiqi məktəbinə gedib. Bakı Biznes Universitetini bitirib.
Qarmon və pianinoda gözəl ifa efirdi.
Əsgər getmədən öncə tet -tez əkiz bacısı ilə zarafatlaşıb, özünü ölülüyə vururdu. ,, Bax Şəhid olanda da adam gözəl olur,,  Şəhidin  cansız bədəninin necə məğrur göründüyünü deyir.Əgər ,,Şəhid olsam ağlamayın, fəxr eliyin deyir”.
Əsgər getmədən öncə, məhəllədəki tanışlar, dostlarla vidalaşır.  Sevdiyi qıza, dönüncə niçanlanacığını söz verir.
Qüdrət şəhid olan gün, axşam üstü əkizi olan bacısı kürəyində və ürəyində sancılar hiss edir. Gecə isə Qüdrəti yuxuda görür, Qüdrət sevinərək harasa getmək  üçün tədarük görür, onu yolundan qaytara  bilmirlər.
Qüdrət ən ali məqama yolçu olur həmin axşam. Topçu Qüdrət Adışov sərrast atışı ilə onlarla  düşmən mövqeyini darmadağın edir.  Düşmən tərəfindən atılmış mərmi onun və onun döyüş yoldaşlarının həyatına son qoyur. Amma nə Qüdrətin, nə onun döyüş yoldaşlarının üzündə ölüm qorxusu yox idi. Hər şəhid üzündə məğrur təbəssümlə bizlərə vida etmişdi.
Allah şəhidlərimizə rəhmət etsin!

Züleyxa NaEl

Xudaferin.eu


 

11:03