Belorusda xalq diktaturaya qarşı ayağa qalxdı

 

Yürüş edən Belarus müxalifəti prezidentin istefasını tələb ediblər

Belarusun paxtaxtı Minskdə şənbə günü 200 nəfərə yaxın insan yürüş edərək 1994-cü ildən bəri keçmiş Sovet respublikasına rəhbərlik edən prezidentin istefesına çağırış ediblər. Belarusun və Avropa İttifaqının bayraqlarını dalğalandıran müxalifət fəalları prezident Aleksander Lukaşenkonun vəzifəsini tərk etməsini tələb ediblər. Onlar bu yaxınlarda qəbul edilən qanunları da tənqid ediblər. Həmin qanunların arasında vətəndaşların əmək mübadiləsi reyestrindən qeydiyyatdan keçməli olduqları, əks halda isə ağır cərimə ödəməli olduqları haqqında qanundur.
“Biz rəhbərliyin insanlardan pul oğurlamasını dayandırmasını tələb edirik və yalnız Lukaşenkonun istefası bunu dəyişə bilər,” – deyə Mikola Statkeviç deyib. Sabiq prezidentliyə namizəd siyasi motivli hesab olunan ittihamlarla beş il həbsdə olub.

Polis etirazçılara hökümət binası önündə şüarlarını səsləndirərək yürüş etmələrinə icazə verib. Etiraz aksiyası zamanı heç bir həbs həyata keçirilməyib. Lakin Associated Press müxbiri aksiyadan sonra iki nəfərin saxlanıldığını görüb. Avropanın sonuncu diktatoru kimi təqdim edilən Lukaşenko son illərdə parçalanmış və popular olmayan Belarus müxalifətinə etirazlar keçirməyə icazə verir.

Xudaferin.eu
Belorus, “Minsk Bürosu”

10:10