Bankları tənqid edən ekspertə qarşı senzura

 

Baş Prokurorluq hüquqşünas bank sahəsində ekspert kimi tanınan mütəxəssis Əkrəm Həsənova ölkə qanunlarını pozaraq “xəbərdarlıq edib.

Qurumdan verilən məlumata görə, özünü bank sahəsində ekspert kimi təqdim edən Əkrəm Həsənov banklarda faktlarla təsdiq olunmayan cinayət əməllərinin olması barədə əsassız iddialar irəli sürərək əmanətçiləri banklarda olan vəsaitlərini geri götürməyə çağırışlar etməklə əhali arasında ajiotaj yaradan, banklardan əmanətlərin qaçışına, likvidlik problemlərinin yaranmasına və nəticə etibarı ilə maliyyə sistemində arzuolunmaz hallara səbəb olma ehtimalı yaratdığından Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət edilib.

"Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq bankların işgüzar nüfuzuna xələl gətirən, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə oxşar məzmunlu açıq çağırışlar edəcəyi, habelə bu qəbildən olan məlumatların ictimailəşdirilməsini davam etdirəcəyi təqdirdə barəsində qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Hazırda Ə.Həsənov tərəfindən bank sahəsində aparılan islahatlara kölgə salmaq məqsədi güdən qeyd olunan əsassız fikir və məlumatların yayılmasının məqsədinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.
Qeyd edək ki, Azərbaycanın Baş Prokurorluğu belə bir addım atmaqla ölkədə azad fikir və sözə qarşı dolayı yolla təhdidedici addımlat amışdır. Belə ki, əgər bir ekspert hansısa rəy bildirirsə və onun açıqlamalarında hər hansı bir yalnışlıqlar varsa, bütün bunlar KİV haqqında qanunla müəyyən edilməlidir. Əgər dəfələrlə hansısa ekspertin rəylərində bir yalnışlıq baş verirsə, bundan ötrü məhkəməyə müraciət edilməlidir. Bütün dünyada orokurorluq orqanlarının vəzifəsi baş vermiş cinayət işləri ilə bağlı olur. Azərbaycanda Baş Prokurorluq sanki, dolayı yolla senzura idarəsinə çevrilib. İctimai və siyasi mühitdə fəaliyyət göstərən vətəndaşları prokurorluq orqanlarına ən azından “dəvət” etməyin özü belə cinayətdir. Əgər hər hansı bir cinayət işi baş veribsə və bu məsələ məhkəmə yolu ilə müəyyənləşibsə, o zaman prokurorluq orqanları vətəndaşları konkret cinayət işinə görə dindirmək hüququna malikdir. 
   

BakuPost

 

10:37