Babək Qalasına yürüşdə onlarca milli fəal döyülərək tutuqlanıb

 

Xəbər verdiyimiz kimi, iyunun 30-da Güney Azərbaycan Milli Hərəkatının fəalları Babək Qalasına yürüş zamanı Savalan dağına yürüş etmişlər. Ötən ildən ildən fərqli olaraq bu dəfə yürüşə qatılanların sayının dəfələrlə çox olması İran mollakratiya rejimini dəhşətli dərəcədə qorxuya salıbdır. 

Babək Qalasına yürüş iştirakçılarına qarşı mollakrat rejiminin xüsusi cəza dəstələri hər hansı bir basqını sərgiləməkdən belə qorxmuşdur. Ona görə də, fitnə-fəsadlarla dolu olan ənənəvi antitürk siyasətini bu dəfə fərqli bir biçimdə həyata keçirməyə çalışmışdır.
Belə ki, Babək Qalasına yürüşdən sonra geri dönərkən yollarda pusqular quraraq, milli fəallara qarşı gizli şəkildə ayrı-ayrılıqda hücumlar edilmişdir. Vətəndaşlar amansızlıqla və qəddarcasına döyülmüşlər. Döyülənlər arasında hətta xəstəxanalara aparılanlar da vardır. Bütün bunlar azmış kimi, milli fəallardan xeyli sayda tutuqlananlar da vardır. Bir sıra tutuqlu fəalların taleyindən hər hansı bir xəbər də yoxdur. Milli fəallardan Əkbər Cahangiri və Rəhim Novruzi mollakrat rejiminin xüsusi cəza dəstələri tərəfindən huşları itiriləndək döyülmüşlər  və bu azmış kimi, hər ikisi həbsə atılmışlar. Tutuqlanan digər milli fəallardan Tohid Əmir Əmini, Milad Əkbəri ,Rəhim Zare, Hamid Rəvazi, Murtaza Pərvin, Səccad Sadiqi və digərlərnin adları da vardır.
Qeyd edək ki, Güney Azərbaycan İnsan Haqları Hərəkatı ötən illərdən fərqli olaraq, bu dəfə vətəndaş hüquqları pozulan hər bir milli fəalı uluslararası düzəndə müdafiə işini də yüksək səviyyədə qura bilmişlər. Babək Qalasına yürüş zaman Tehran mollakratiya rejimi tərəfindən hazırlanmış bir sıra genişmiqyaslı provakasiyaların qarşısı məhz bu qurumlar tərəfindən alınmışdır.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu” 

 

 

09:20