Babək Muğanlı: Güneydə həbsdə olan milli fəallar haqqında Bakıdakı beynəlxalq qurumlara məlumat veririk

 

Babək Muğanlının sözlərinə görə, Güney Azərbaycan Milli Hərəkatı fəallarının üzləşdikləri təzyiqlər Azərbaycan Respublikası mətbuatında işıqlandırılır, amma bu işıqlandırma bir neçə il öncəkinə görə azalmışdır. Bakıda fəaliyyət göstərən milli fəal Amerikanın Səsi” radiosuna müsahibəsində Güneydə həbs edilən fəallara dəstək üçün Azərbaycan Respublikasında həyata keçirilən fəaliyyətlər və mövcud olan potensialları şərh edib.

Babək Muğanlının dediklərinə görə, Azərbaycan Respublikasında Güneyli siyasi məhbuslara dəstək fəaliyyəti ümumiyyətlə mətbuat konfransları təşkil etmək, aksiyalar keçirmək, eləcə də insan haqları qurumları və xarici səfirliklərə müraciət etmək şəklində olur. Dövlətlərarası bəzi münasibətlər olur. Dövlətlər bəzi memorandumlar imzalayırlar. Bunların təsiri çoxdur. Yəni bəzən bəzi media vasitələrində çəkinmək halı olur. Yoxsa biz fəaliyyət etməkdən yorulmuruq və burada durğunluq da hiss etmirik.

 “Quzeyli dostlarımızla bərabər hər bir tutulanmilli fəalın vəziyyətini mediada azdan çoxdan işıqlandırırıq. Xüsusilə qeyri-hökümət təşkilatları və partiyalar daha çox maraqlanırlar. Azərbaycanın rəsmi televiziyasında belə proqramlar olmur, ancaq qəzetlər, internet saytları və internet televiziyalarında əks edilir,” deyə milli fəal söyləyir.

Muğanlı eyni zamanda bunun keçmişdəki səviyyədə olmadığını bildirir. “Elə ki, keçmişdə bizi razı edirdi, indi o qədər razı etmir. Yəni 5-6 il bundan öncəki kimi əks edilmir,” deyə o dilə gətirir. Bakıda mühacirətdə yaşayan milli fəal bunun səbəbinin iki ölkə arasındakı münasibətlər ilə bağlı olduğunu ifadə edir.

“Dövlətlərarası bəzi münasibətlər olur. Dövlətlər bəzi memorandumlar imzalayırlar. Bunların təsiri çoxdur. Yəni bəzən bəzi media vasitələrində çəkinmək halı olur. Yoxsa biz fəaliyyət etməkdən yorulmuruq və burada durğunluq da hiss etmirik. Azərbaycan Respublikasında medianın təsiri az deyil. Biz İrandakı hakimiyyəti tanıyırıq, amma media [məhbusların vəziyyətini] işıqlandıranda, insan haqları qurumlarına müraciət ediləndə, o hakimiyyətin də geriyə bir addım atması görünür,” deyə o əlavə edir.

Babək Muğanlı həmçinin Güney Azərbaycanda və Tehranda həbsdə olan Türk fəalların durumuyla bağlı Bakıdakı xarici səfirliklərə də müraciət edildiyini bildirir.

Amerikaninsesi.org

09:11