Azərbaycan məktəbində: Uşaqları həm də rənglər aqressiv edir?
Rənglərin insan həyatında və inkişafında böyük rolu var. Hər kəsin rəngləri qəbuletmə prinsipləri var və zaman keçdikcə bu prinsiplər şəxsin həyat tərzində də özünü göstərir.Rənglər həm də insanın əhval-ruhiyyəsinə, psixologiyasına təsir edir.Elmi araşdırmalar sübut edib ki, insan görmə orqanı vasitəsilə 180-dək rəng tonunu və onların 10000-dən artıq rəng çalarlarını fərqləndirməyə qabildir.Hər bir rəngin özünəməxsus xüsusiyyətləri var və onlar barədə bilmək çox maraqlıdır.İnsan hansısa rəngin təsirindən xəstələnə və ya sağala, uğur qazana və ya uduza bilər.
Uşaqların rəngləri qəbul etmə prinsipi böyüklərinkindən çox fərqlənir.Belə ki, onlarda palitra yaş geçdikcə genişlənir və dəyişir.On yaşa qədər uşaqların sevimli rəngləri qırmızı, çəhrayı və sarıdır.On yaşdan sonra isə göy rəngə üstünlük verirlər.Qızlar adətən çəhrayı, mavi və bənövşəyi rəngi, oğlan uşaqları isə tünd çalarları xoşlayırlar.
Rahatlıq və narahatlıq yaradan rənglər...
Qeyd edək ki, sovet dönəmində orta məktəb, poliklinika, xəstəxana və müəssisələrin divarları əsasən açıq yaşıl və mavi rəngdə idi.Müəssisələrin bu rənglərdə boyanması heç də təsadüfi deyildi. Müvafiq standartlara və tələblərə görə bu belə idi.Əsas səbəb isə adıçəkilən rənglərin gözü yormaması idi.Daha çox məktəb divarlarının, sinif otaqlarının mavi rəngdə olması məktəblilərdə hüzur və rahatlıq yaradırdı.Bir sözlə, rəng uşaqların həyatında ən əhəmiyyətli rolu oynayırdı. Bundan əlavə dərsliklərin də rəng çalarlarında müəyyən norma və tələblər nəzərə alınmalıdır. Burada nəzərə alınan amil təkcə dərsliklərdə istifadə olunan rəng çaları deyil, həm də şriftlərin ölçüləridir.Bu sadalanan şərtlərin isə ilk növbədə uşaqların həyatında əhəmiyətli rolu var. Ən əsası isə onların görməsində mühüm əhəmiyyət kəsb edir.
Psixoloq Rəşad Rəhimbəyli açıqlamasında deyir ki, İngiltərədə 5-8 yaşlı uşaqlar arasında rənglərin onların həyatında rolu ilə bağlı araşdırma aparılmışdı: “Bu araşdırma təxminən 20 min uşaq arasında aparılmışdı. Məlum olmuşdu ki, ən çox uşaqlar arasında müsbət aura yaradan rənglər sarı, mavi, qırmızı və çəhrayı rəngin çalarlarıdır. Mənfi təsir edən rənglər isə qara, ağ, boz və qəhvəyi rəngin çalarlarıdır. Bu rənglər uşaqlarda aqressiya, həvəssizlik yaradır.Azərbaycanda isə bununla bağlı hər hansı araşdırma haqda məlumat verə bilmirəm. Amma birbaşa uşaqlarla çalışdığım, maraqlandığım üçün təcrübələrimə əsaslanaraq deyə bilərəm ki, rənglərin onların əhval-ruhiyyəsinə çox təsiri var. Uşaqlar otaqlarında, geyimlərində hansı rənglərə üstünlük verirsə, seçirlərsə bunun da öz mənaları var.
İnsan həyatında rənglər...
Sarı rəng - uşağın ailəyə bağlı olduğunu göstərir. Emossionaldı, həyacanlıdı. Sarı rəngi çox istifadə edirsə, demək işıq, enerji kimi şeylərə daha bağlıdır. Mavi - bu rəngi geyimlərində və digər məsələlərdə istifadə edən uşaqlar özünə olan inamı simvolizə edir. Mavi rəngi seçən uşaqlar duyğularını kontrol edən uşaqlar sayılır.Yəni bizim də bu məsələdə rolumuz var. Valideynlər bu rəngi seçməli olsa, bu da uşaqlara təsir etmiş olur. Yaşıl - Bu rəng uşaqlarda özünü, xarakterini formalaşdırmaq imkanı yaradır.Bu rəngin uşaqların fiziki və psixoloji inkişafı üçün müsbət bir aurası var. Bənövşəyi - Bu rəngdən istifadə etmək uşaqlarda böyük bir məsuliyyət yüklənib deməkdir. Bir sözlə, bu rəng onların həyatında böyük məsuliyyət aşılayır. Bəzən bu aşırı məsuliyyət onlarda yorğunluq yaradır. Aksessuarlarında bənövşəyi rəng istifadə edən uşaqlar çox şeyə sahib olmaq, müəyyən məsələləri dəqiqləşdirmək xarakteri də formalaşdırır. Bu rəng nəinki özünü, həm də digər uşaqları da kontrol etmək imkanı yaradır. Ağ və qara rənglər əsas rənglər hesab olunur.Hər iki rəngdən istifadə edən uşaqlar daha çox monoton həyat tərzi yaşayırlar.Yəni primitiv şeylərə daha çox qaçırlar.Bu da onların fantaziya və təxəyyül dünyasının daha zəif olduğunu göstərir.Hətta sosiallaşmağa da mane olur.Belə uşaqlar daha çox diqqət istəyirlər.Əyləncə, zövq almaq kimi şeylərdən daha uzaq olan uşaqlar əsasən ağ-qara rənglərə maraq göstərənlərdir”.
Bu rənglərin mənfi təsiri...
Psixoloqun sözlərinə görə yaşıl rəngin çalarları insanlarda hüzur yaradır: “Məsələn yorğun olanda yaşıl ağacın altında və ya yaşıllıqda oturarkən insana bir hüzur gəlir. Əslində bu rəngin görməmizə təsirindəndir.Insan özünü rahat, sakit, daha güvənli hiss edir. Keçmiş SSRİ vaxtında otaqlar, xəstəxanalar yaşıl, mavi, çəhrayı rəngin çalarlarına boyanırdı. Bu onun üçün idi ki, orada insan özünü narahat hiss etməsin. Bu cür rənglərdə insanın görməsi daha rahat olur. Yəni gözətrafı əzələlər gücə düşmür. Uzun müddət ağ rəngə baxmaq isə insanın gözünü yorur. Belə olan halda qara eynəkdən istifadə edirik ki, müəyyən qədər ağ rəngin yorğunluğu gözdən çıxsın. Ağ rəngin uzun müddət istifadəsinin mənfi təsirləri də var. Məsələn, mən ağ vərəqlərdən ümumiyyətlə, istifadə etmirəm. Bir qədər ondan tünd rənglər isə görməni yormur”.
Bu ona görə edilir ki...
Təhsil məsələləri üzrə ekspert Kamran Əsədovun sözlərinə görə dünya təhsil sistemində ciddi qəbul edilən bir çox prinsiplər Azərbaycanda qeyri-ciddi hesab olunur:
“Bu hətta vətəndaşın da marağının olmaması ilə bağlı olur. Dünyanın aparıcı dövlətlərində sinif otaqları, parta və lövhələr müxtəlif rənglərlə rənglənir.Bu ona görə edilir ki, dərsin gedişində şagirdin gözü yorulmasın. Siniflərin təşkili zamanı fənnin əsas xüsusiyyəti, üstünlük təşkil edəcək rənglər seçilir. Daha çox qırmızı, yaşıl, göy, sarı rənglərə üstünlük verilir.Lakin qəti şəkildə, qara, boz kimi ruh düşkünlüyü yarada biləcək rənglərə yer verilmir.Bizim insanlar təəssüf ki, bunun təhsilin keyfiyyətinin artırılmasına təsir etməyəcəyini düşünür və sinif otaqlarının rəngli olmasına maraq göstərmirlər.Sinif otağının bir rəngdən istifadə edərək təşkili yaxşı qəbul edilmir”.
Ekspert hesab edir ki, əslində monoton bütün rənglər yorucudur: “Bizim məktəblərin divar fonu ağ rəngli deyil, açıq göy rəngli boyadan istifadə edərək boyanır. Əlbəttə ki, bu yaxşı deyil.Sinif otaqları müxtəlif növ rənglərdən istifadə olunmaqla boyanmalıdır”.

Alçina Amilqızı
Cebhe.info
10:17
Digər xəbərlər