Avropadakı soydaşlarımız "AzərRos"la bağlı E.Mustafazadənin mövqeyini öyrəndi
Bu günlərdə Polşada (Lehistan) səfərdə olan Avropada "Azərbaycanın Dostları Cəmiyyəti"nin sədri Elman Mustafazadə paytaxt Varşavada Azərbaycan icmasının üzvləri ilə görüşmüş və müxtəlif mövzularda fikir mübadiləsi aparmışdır. O cümlədən müzakirə mövzularından biri də Belçikanın Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinə qarşı vandalizm aktına dair olmuşdur. Fürsətdən istifadə edən E.Mustafazadə bu aktı pisləmiş və narahatçılığını ifadə etmişdir. O qeyd etmişdir ki, Azərbaycanın Belçikadakı səfiri hadisə yerində olmuş və polislərlə görüşmüşdür. Belçikada mühacirət həyatı yaşayan şair Mirzə Sakit və həmin ölkədə yaşayan əslən şuşalı olan rəssam Füzuli Cəfərov abidənin üzərinə tökülən boyanı yuyub artıq təmizləmişlər.
Söhbət əsnasında Varşavada yaşayan soydaşlarımız bütün Azərbaycan KİV-lərində yayılmış Rusiyada Federasiyasında azərbaycanlıların milli-mədəni federal muxtariyyətinin sədri Mehriban Sadıqovanın təşkilatın üzvləri tərəfindən istefaya göndərilməsi barədə aldıqları məlumata E.Mustafazadənin münasibətini öyrənmək istəmişlər.
Elman Mustafazadə isə cavabında bildirmişdir ki, qətiyyən belə bir hadisə baş verməmişdir, sadəcə Mehriban xanım Rusiyada Federasiyasında azərbaycanlıların milli-mədəni federal muxtariyyətinin növbəti qurultayında namizədliyini irəli sürməyəcəyini bəyan etmişdir. Bu isə o deməkdir ki, tam demokratik prinsiplər əsasında gənc və enerjili gənclərin seçilməsi məsələsi gündəmə gələcəkdir.
Daha sonra Varşavada yaşayan soydaşlarımız E.Mustafazadədən "Sizin Rusiya diasporu ilə geniş əlaqələriniz var, hamımız da bilirik ki, Moskva diasporu soydaşlarımızın cəlb olunmduğu ən böyük təşkilatdır və buna görə də orada baş verənlər bizim hamımıza maraqlıdır. Sizcə rəhbər kim ola bilər? Vəziyyət hansı istiqamətdə cərəyan edir? Hansı namizəd seçkilərdə qalib gələ bilər" sualını ətraflı cavablandıran E.Mustafazadə vurğulamışdır ki, Rusiyada Federasiyasında azərbaycanlıların milli-mədəni federal muxtariyyətinin Moskva regional milli-mədəni muxtariyyəti hansı namizədi irəli sürsə, o da "Azərros"un Federal təşkilatının sədri seçiləcədkir. Çünki ən çətin və anlaşılmaz anlarda belə Moskva ətrafı təşkilatı daha konstruktiv mövqe tutmuş və təmkin nümayiş etdirmişlər. Hesab edirəm ki, məhz Rusiyada Federasiyasında azərbaycanlıların milli-mədəni federal muxtariyyətinin Moskva regional milli-mədəni muxtariyyətinin namizədi sədr seçiləcəkdir.
"Siz Mehriban xanımın fəaliyyətinə necə qiymət verirsiniz?" - sualına isə E.Mustafazadə aşağıdakı şəkildə cavab verib:
"Mehriban xanımın xidmətləri danılmazdır, ən gərgin anlarda həmişə səbir və təmkin nümayiş etdirmiş, heç vaxt provakasiyalara getməmişdir. Daim qara qüvvələr Mehriban Sadıqovanın çıxşlarını kontekstdən çıxarırdır və onu gözdən salmaq üçün qarayaxma kampaniyası apaprırdılar. Onun bu qərarı əsil demokratik bir addım, demokratik mühitin təzahürdür. Qoy onun atdığı bu addım adı olub fəaliyyəti olmayan bir çox təşkilat rəhbərlərinə nümunə olsun, yəni zamanı gələndə hörmətlə, izzətlə getməyi bacarsınlar. Şəxsən Avropada "Azərbaycanın Dostları Cəmiyyəti" və "Xudafərin" jurnalı adından Mehriban xanımın bu addımını alqışlayır və ona dərin təşəkkürümüzü bildiririk".

Tural İbrahimli
xudaferin.eu
01:51
Digər xəbərlər