Avroittifaqı ölkələri gücləndirilmiş sərhəd nəzarətini ləğv etdilər

 

Avropa İttifaqı ölkələri bir müddət əvvəl tətbiq etdikləri gücləndirilmiş sərhəd nəzarəti rejimindən imtina ediblər.

Avropa komissiyasının nümayəndəsi Tove Ernst bəyan edib ki, Avropa İttifaqının 5 ölkəsi qeyri-leqal miqrasiya ilə mübarizə məqsədilə Şengen zonası daxilində sərhədlərdə fövqəladə nəzarət tədbirlərinin müddətinin daha 6 ay uzadılmaması barədə qərar qəbul ediblər. Onun sözlərinə görə, söhbət Avstriya, Almaniya, Danimarka, İsveç və Norveçdən gedir.

«Bu, uzadılmanın yekun müddətidir» – deyə, Ernst bəyan edib.
 

Nəzarətin müddətinin uzadılması barədə razılıq bu ölkələrə aprel ayında Avropa İttifaqı icra kollegiyası tərəfindən verilib. Bununla birlikdə, onlara tövsiyyə olunub ki, 2015-ci ildə tətbiq olunmuş müvəqqəti nəzarəti 6 ay ərzində tədricən aradan qaldırsınlar. Müvəqqəti gücləndirilmiş nəzarətin tətbiqi Avropaya görünməmiş miqrant axını ilə bağlı idi.

Xudaferin.eu
“Avropa Bürosu”

 

14:35