Amerikadan fars molla rejiminə daha bir zərbə

İfrat fars şovinizminə xidmət edən əsas fond bağlanır

ABŞ hökumətinin tələbi ilə Nyu York Məhkəməsində “Ələvi Fondu”nun bu şəhərdəki göydələnlərdən birindəki əmlakından imtina etməsini tələb edib. Bu barədə ilkin olaraq informasiyanı “Assoşeyted Press” agentliyi yayıb. Agentlik Vaşinqtonun bu fondu İrana qarşı 1995-ci ildən tətbiq olunan sanksiyaları pozmaqda ittiham edib. ABŞ hökuməti həmçinin məhkəmədə fondu İran hökuməti ilə əlaqədə ittiham edib.

Qeyd edək ki, ABŞ-ın iddia etdiyi mülk Nyu Yorkun “Rokfeller Mərkəzi”nin yaxınlığında yerləşir. Buradakı göydələnin 60%-i dolayı yolla İran dövlətinə aiddir. “Ələvi Fondu” bu ölkənin keçmiş dövlət başçısı dictator Məhəmmədrza Pəhləvinin hakimiyyəti dönəmində  qurulub. 1978-ci il İran inqilabından öncə bu fond Məhəmmədrza Pəhləvinin atası Rza Pəhkləvinin şərəfinə “Pəhləvi Fondu” adlandırılırdı. ABŞ bu təşkilatın son zamanlar ərzində İran mollakratiya rejiminin nüvə proqramına gizli şəkildə dəstək verməsinə görə kəskin şəkildə ittiham edib və bu barədə yetərincə mühüm sənədlər əldə etmişdir. Hələ ABŞ hökuməti bu fondun əmlakının bir hissəsini 2009-cu ildə müsadirə edib.

Xudaferin.eu
ABŞ, “Vaşinqton Bürosu”

09:32