Aksiyada şuba geyinən xanım danışdı: “Göyərçin sağdır, şubanı isə 15 il əvvəl almışam…”
Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri Tahirə Məmmədova (Şuşalı) Şuşa−Xankəndi yolunda keçirilən ekoloji aksiyada şuba geyinməsi, çıxışı zamanı əlində tutduğu ağ göyərçinin ölməsi ilə bağlı görüntülərə görə tənqid olunmasına münasibət bildirib.
Xudaferin.eu xəbər verir ki, T.Məmmədova deyib ki, belə bir həssas məqamda bu cür tənqidlərin qətiyyən yeri yoxdur.
O bildirib ki, ağ göyərçinləri Bakıdan aparıbmışlar:
“Qutulara qoymuşduq, ağızları bağlı idi. Bizimlə altı saat Qarabağa yol getdilər. Göyərçinlər çox incə idi. Aksiyaçılara göyərçinləri payladıq. Məqsədimiz bu idi ki, Xankəndinə mesaj göndərək - analaramızın gözü hələ yaşlıdır, sülh istəyirik, siz də bizə qoşulun, təbii sərvətlərimizi dağıtmağa qoymayın, Qarabağda yaşamaq fikrindəsinizsə, Azərbaycan vətəndaşısınızsa, bizə qoşulmalı, aksiyada iştirak edib, öz etirazınızı bildirməlisiniz, biz müharibə istəmirik, aksiyaya tank, tüfənglə gəlməmişik, bu, dinc vətəndaş aksiyasıdır, öz təşəbbüsümüzdür… İnsanda, gərək, bəxt ola. Bəxt olmayanda, olmur. Əlimdə tutduğum göyərçinin qanadı sınıbmış.
Görüntlərdə baxa bilərsiniz, quş əlimdədir, amma qanadının yarısı sallanır. Tərslikdən, çıxış edəcəkdim. Səsucaldını da əlimə vermişdilər, güclə saxlamışdım. Bir əlimdə də quş çabalayır. Çabaladıqca sıxırdım ki, uçmasın. Görünür, qanadını sıxdıqca ağrı verib, başını o tərəf, bu tərəfə tərpədirdi. Mən onu uçuranda qalxmaq istədi, amma gördüm yorulub yerə düşdü. Orada tək mən deyildim, nazirliklərin də nümayəndələri, hamı orada idi. Göyərçini qərargahın otağına apardılar. Quş sağ idi, su verdilər, təkcə qanadı qırılmışdı. Çox sevindim. Ölsəydi, pis olardım, belə şeylərə həssasam. Ölsəydi, məni təxribatçı da adlandıracaqdılar. Nə istəsəniz deyərdilər. İnsanın həm düşmən, həm dost tərəfi var. Sağ olsunlar, içimizdəki düşmənlərin hesabına məni bütün Avropa da tanıdı. Quşa da, daxilimizdəki ermənilərə də təşəkkür edirəm ki, məni tanıtdılar…”
T.Məmmədli aksiyada əyninə kürk geyindiyi üçün tənqid olunmasına da münasibət bildirib:
“Mən məmur deyiləm, nə də milyoner. Şubanı, təxminən, 15 il əvvəl almışam, sintetikdir, təbii heyvan dərisi deyil. Dedilər ki, oralar soyuqdur, şaxtadır. Vallah, bilsəydim ki, hava normaldır, heç geyinməzdim, gödəkçə geyinərdim. Mənim üçün daha rahat olardı. Düşmənlər də məsələni öz xeyirlərinə çevirdilər, guya ekologiya aksiyasında şuba geyinmişik. Bunlar boş söhbətlərdir, göz yumuram, heç eşitmək də, ürəyimi bulandırmaq da istəmirəm. Hər kəs məni tanıyır. Şuşalıyam. Ömür boyu Vətən üçün canımı qoymuşam. Nə qədər kitablarım, şeirlərim çap olunur.
Dağıdılmış, viran qoyulmuş Qarabağ mədəniyyəti haqqında da kitabım çıxıb, film çəkilib. Rus dili müəllimiyəm, rus dilini çox gözəl bilirəm. 2007-ci ildə Azərbaycan-İraq Mədəni Əlaqələr Cəmiyyətinin sədri kimi “KQB”dən də, Ədliyyə Nazirliyindən də keçmişəm, əlimdə sənədim, sübutum, möhürüm. Aksiya yerini tutdu, gözəl səviyyədə keçir, sülhməramlılara da sözümüzü dedik. Güc birlikdədir, ora boş qalmamalıdır. Baxırdıq ki, sülhməramlılar seyrəldilər, amma birdən əlli nəfər yığışırdı. Hər an bir təxribat ola bilər. Ona görə də bütün mediamız da oradadır. Hamısı baxır, nəzarət edir. Səhərə qədər yatmadıq. Səhər 08:00-da Dövlət himnimiz səsləndi. Bir də gördük əsgələrimiz də orada durub, onlara qurban olum, analarının əllərindən öpürəm…”.

Xudaferin.eu
00:28
Digər xəbərlər