Adsız şeirlər və Məsud Haray

Çağdaş Türk ədəbiyyatında Tevfik Fikret, Oktay Rıfat, Fazil Hüsnü Dağlarca, Orxan Vəli Qınıq, Orxan Tiryakioğlu, Əli Kamal Turan, Turğay Günənc, İsmət Özəl, Turğay Kantürk, Betül Yazıçı, Ertan Misirli, Hariye Ersöz, Toğrul Tanyol, Turqut Uyar, Mehmet Taner, Haydar Ərgülən, Mehmet Can Doğar, Aydın Şimşək, Turğay Fişəkçi, Berhan Kəskin, Uluər Aydoğdu, Ahmet Oktay, İlhan Berk, Camal Sürəyya, Ahmet Uysal, Sezai Karakoç, Ahmet Erhan, Asaf Halit Çelebi, Nurşen Alıcıer, Hilmi Yavuz, Enis Batur, Nilay Özer, Metin Eloğlu, Ahmet Telli, Haydar Ergülen, Sacide Bayraktar Sezgenc, Cem Uzungüneş, Şerif Erginbay, Serap Erdoğan, Perihan Baykal, Fatih Yavuz Çiçek, Engin Turkut, Baki Ayhan, Murat Batmankaya, Ziya Osman Saba, Yahya Kemal Beyatlı, Sabri Esat Siyavuşgil, Ahmet Hamdi Tanpınar, Ceyhun Atuf Kansu, Hamit Macit Selekler, Edip Cansever, Attila İlhan, Sabahattin Kudret Aksal, Metin Çengiz, İlhan Berk, Emel İrtem, Behcet Kemal Çağlar, Enver Gökçe kimi ünlü modern ədəbi söz ustalarının önə çəkidkiləri fikir və düşüncə əslində XX və XXI yüzil Türk düşüncə düzənin yeni sinerjetik qaynağı sayılır.   

Bu gün çağdaş Güney Azərbaycan ədəbi prosesi də məhz bu yöndə ləngər-ləngər öz axarı ilə addımlamaqdadır. Bu yolun çox möhtəşəm yolçuları olublar. Bu sırada Tağı Rüfətdən başlanılan yeni düşüncə ədəbiyyatının Əlirza Nabildil Oxtay, Mərziyə Üskülü Dalğa, Həmid Nütqü Aytan kimi çox ünlü şairlərimiz vardır. Onların keçdikləri ömür yolu, irəli sürdükləri ədəbi düşüncə bu gün Məsud Haray kimi ünlü şairlərimzin çiynində irəli gedir. Məsud Harayın şeirlərinin adı və ünvanı olmasa da, zamanın ritmi, onun ruhu elə gerçəkçi ədəbi anlayışın möhtəşəm parçalarıdır. 

 

Bu havada
Mənə buyur bir siqaret çək deməyin.
İçimdəki dinamitlər tərlidilər,
Qor düşərsə
Patlayaram…

Özümü sevdiyim qədər,
Mən səni sevmişəm Vətən.
Tanri dieə ondan betər,
Mən səni sevmişəm Vətən.

*** 

Adını yazdım dağlara,
Yarpaqlara… budaqlara.
Getmərəm mən uzaqlara,
Mən səni sevmişəm Vətən.

***

Künlüm quşun uçurma day,
Canımdasan gəl etmə zay.
Bayrağinda ulduzla ay,
Mən səni sevmişəm Vətən.

 ***  

And içirəm bayrağına،
Ürəyindəki yağına.
Baş qoyaram ayağına,
Mən səni sevmişəm Vətən.

*** 

Mən səni sevdiyim qədər,
Ömrüm daha olmaz hədər.
Səndən doğar həm igid, ər-
Mən səni sevmişəm Vətən.

***  

Adım Haray, sənə qurban,
Şərafətim səndən nişan.
Vətən mənə ـ mənə inan,
Mən səni sevmişəm vətən.

 

 

Burada…

Bura
Hekayələrin acıyan sonucudur.
Şeirlərin susğunluğu,
Va şair xəyallarının
Burnuna ətir acısı taxılan küçə.

Burada
Çərşənbə axşamında oynayamazsan!
Oyuna tutarlar səni və atəşlərə.

Səni, xəyallırınla və inamlarınla oynayarlar,
Burada yazdıqlarına silah deyə.
Qurşun deyə,
Atom deyə suç sanarlar.

Burada her şey
Bildiyin kimi deyil, gülüm!
Yalniz…
Bilmədiyin kimidir.

Bura itginlikdir və hərbə qadağa
Bura yer kürəsinin adsız məmləkətindir.

Və adı
Könül darmadağımlığıdı…
Sən də unutmalısan bu adı,
Mən də,
 Zaten unutmuşam bu adı.

 

 

Baxın!
Hələ barmaqlarımın dırnaqlarını çəkən yox,
Hələ dərimi soyub, duzlayan yox…
Hələ acından öldürə bilməyiblər,
Hələ…
Buradakı diktatorluq,
Buradakı talan etmələr,
Bu radakı istibdad,
Hala davam edə bilir.

 

 

Hərdən
Yadımdan çıxır ki, adamam.
Dağ kimi ayaq üstə,
Səni düşünürəm.
Gəlsən,
Mənə söykənsən nə olur?

 

Nəhayət bir gün
Günəş doğar…
Xəyal etdiyim arzuların cocuğunu.
Və 35 yüz ildən sonar
124 min peyğəmbərimiz adına
Tozumuzdan,
Darmadağın tutağımdan kəpircləri
Bişir günəş kürəsində…
Və nəm hansı şeiri
Uçur gəlir
Qonur
İçimizdə baş qaldıran ağacın budaqlarına.

Bu gündən,
Ağ köynəyimin duymələrini,
Qırmızı boyuyacağam.
Hər gecə sənsisliyimə qan ağladığımı,
Hər gecə qurşunları qucaqladığımı,
Kimsə bilməsin.

 

Dağdan dağa
yazanın da adı şairdi...
Ağı,
Qara yazanın da,
Ürəyini
Şüşə taxanın da.
Adı qoşquçudu,
Hər coşquçu
Eyni...
Adı adamdır hər insanın,
Çoxu isə
İnsan deyil bu adamların...

Haqqımızı mənimsəmək
Sən,
Vətəndən uzaq vətənsizsən,
Mən isə,
Vətəndə vətənsiz.

 

Yazılarında bomba gizlətmə
şeirlərində barıt,
Qələmində qursun
Sən ölümünə şeyir qoşma şaır,

Dayan
Addım – addım
Geri dön dedilər.
Ama bilmədilər
Atom deyilən-
Bir zərrəciyin patlayış gücünü.
 

****
İnsanların da
Qadınların da
Gözəl-göyçəyi var,

Şairlərin də
Ölümün də.

Buyur!
Mən nədən
Gözəl- göyçəyini
sevməyim axı.
 

 

Öncə qırmızını sevdim
Sonra səni.
Damarlarımdakı qan kimi,
Qanımdakı canlıları kimi.

Öncə onu sevdim,
Daha sonra
Heç bir şeyi sevmədim.

Bax indi də,
Ovcumdakı buz tikəsi
Hələ var buz kimi,
Əriməmiş də...

13:56