ADR sədri Qubad İbadoğlunun işgüzar görüşləri

Bu həftə ərzində Azərbaycandakı diplomatik korpuslarda ADR (Azərbaycan Demokratik Riifah) Hərəkatının sədri Qubad İbadoğlu çoxsaylı görüşlər keçirib. ADR sədri son 3 gün ərzində ABŞ, Almaniya, Fransa, Norveç, İsveç və Avropa Birliyinin səfirliklərində görüşlər keçirib.

Belə ki, həftənin ikinci günü ABŞ səfirliyinin iqtisadi bölmə rəhbəri xanım Zeenat Syed və Almaniyanın səfiri Mixael Kindsqrab, Fransa səfirinin müavini xanım Fabienne Drout-Lozinski, Norveç Krallığının səfiri Bard İvar Svendsen, İsveçin müvəqqəti işlər vəkili  Tomas Danestadla və Avropa Birliyinin səfiri xanım Malena Anna Mardla səmərəli görüşlər keçirib.
Qubad İbadoğlu bu görüşlərlə bağlı verdiyi açıqlamasında onu da bildirdi ki, bütün görüşlərdə Azərbaycandakı mövcud ictimai siyasi və sosial-iqtisadi vəziyyət, islahat gözləntiləri, bu kontekstdə ADR Hərəkatının təkliflərinə hakimiyyətin münasibəti, eləcə də Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün beynəlxalq idarə heyətinin martın 8-9-da Boqotada keçiriləcək növbəti toplantısı ərəfəsində vətəndaş cəmiyyətinin durumuna qədər müxtəlif çeşindli mövzularda müzakurələr apardıq.

Xudaferin.eu

11:49