ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə məktub

Xanım Nensi Pelosi sizin Ermənistana səfərinizi erməni millətinə olan sevginizi başa düşürük.Siz Ermənistanda olarkən  verdiyiniz mesaj Azərbaycan millətini təcübləndirdi.

1.Siz qeyd etmisiniz ki, Azərbaycanın Ermənistana qanunsuz  sərhəd hücumların kəskin şəkildə pisliyirsiniz.

2.Sonra siz bildirmisiniz ki,  Amerika Ermənistanın suverenliyinə dəstəkdir.

3. 200- dən cox insanın həlak olduğu sərhəd toqquşması  Azərbaycanın təşəbbüsüdür və bunu etiraf etməlidir.

4.Siz qeyd etmisiniz ki, Sərhəddəki döyüşlərə  Azərbaycanlıların  ermənistana hücumu səbəb olub.

Xanım Nensi Pelosi indi mən sizin dediklərinizə sizdən  fərqli olaraq tərəf saxlamadan tarixi faktlarla cavab verəcəm.

Siz Azərbaycanın ermənistana qanunsuz sərhəd hücumunu pisliyirsiniz. Siz hansı sərhəddən danışırsınız ???
Sovetlər birliyi dağılandan sonra sizin səfər etdiyiniz  Ermənistan həmişə Azərbaycan torpağlarına  hücum edib.Azərbaycanın Dağlıq Qarabağ və onun ətrafında olan 6 rayonu zəbt etdilər.Bu Azərbaycan ərazisinin 20% deməkdir.Öz yurdundan torpağından qacanlar 1 milyondan artıq idi.
 Ərazi
4.388 kv² km

Sərhədin uzunluğu
485 km 

Qacqın düşmüş
1000000 insanlar

Həlak olanlar 
30 000 insanlar

Əlil olanlar 
50 000 insanlar

Əsir götürülüb geri verilməyən
6 011 insanlar

100 milyardlarla  ABŞ dolları dəyərində Azərbaycana zərər dəymişdir.
2020- ci ildə Azərbaycan nəhayət öz torpaqların işgaldan cox hissəsin azad etdi.
Siz qeyd etmisiniz ki, Amerika ermənistanın suverenliyinə dəstəkdir.Amerika bütün dövlətlərin suverenliyinə dəstək olmalıdır.Cünki siz demokratiyadan cox danışirsınız.Əgər belədirsə,Okeanın o tayından,durub bura gəlib və burda hec bir şeyi araşdırmadan Ermənilərin yalanların təkrarlamaq ən azı bu  yalanda sizə pis bir rəy formalaşdır.Sərhədi 30 ildi Ermənilər pozur .Azərbaycan torpağları 30 il işğalda qalanda yuxarda geyd etdiyim kimi 1 milyon qacqını olanda, elə indidə var.Cünki Ermənilər 30 il ərzində Qarabağı viran ediblər. Azərbaycanın suverinliyi düz 30 il pozuldu.Biz sizdən hec bir cümlə eşitmədik ermənilərə qarşı. Ermənilər Qarabağda bizim öz torpağımızda Xocalı şəhərində 613 insanı vəhşicəsinə qətlə yetirmişdilər.1275 insanı əsir götürmüşdülər.487 insan isə yaralanmışdı. Nədənsə  Xanım Nensi Pelosi biz sizin səsinizi eşitmədik bu hadisələrdə? BMT- nin işğalla bağlı 4 qətnanəsi qəbul olunmuşdur.
1) Qətnamə 822
2) Qətnamə 853
3) Qətnamə 874
4) Qətnamə 884
Təəssüflər olsun ki, qəbul etdiyiniz qətnamə kağız üzərində qaldı.30 ildən sonra Azərbaycan məcbur qalıb özü bu qətnaməni icra etdi.
ATƏT- MINSK qrupunun üzvülərindən biridə siz Amerika idiniz.30 ildə bir iş görmədiniz.Yalnız ermənistanın işğal siyasətinə haqq qazandırdınız.Qeyd etdiyiniz sərhəd toqquşmasının  biz demək olar ki, ilin bütün fəsillərində, ayın bütün günlərində  Erməni teroristlərindən atəş görmüşük.Axırıncı erməni təxribatında sentyabırın 12- də, 80-ə  yaxın Azərbaycan əsgəri həlak olub və 282 əsgər yaralanıb.
Həmin sərhəd dediyiniz yerdə Azərbaycana aiddir.Kecmiş sovetlər birliyinin başında duran Lenin,  Stalin erməni millətcilərinin köməkliyi ilə Türkiyə ilə Azərbaycanın arasın kəsib Azərbaycana aid olan torpaqları  Zəngəzuru   ermənistana zornan vermişdi. Nəticədə Ermənistana  İranla   sərhəd verilmişdi .100 minlərlə soydaşımız öz torpaqlarından govulmuşdu.Bu elədə uzaq tarix deyil 1920- ci il 14 iyul
Sovet Rusiyası Azərbaycanda yerləşən Zəngəzur bölgəsin Ermənistana verib.
Elə Xanım Nensi Pelosi sizində Yerevandan mesaj verdiyiniz yerin adı İrəvandır.İrəvan ermənistana 1918- ci ildə Azərbaycana təzyiq nəticəsində  verilib ki, torpaq idialarından əl cəksinlər.Buna baxmayaraq sizin kimi havadarların sayəsində zamanla Azərbaycan torpağların işğal edə - edə Ermənistan deyilən bir dövlət qura  biliblər.
Ukrainada olan Rus işğalın qəbul edirsiz.
Gürcüstanda olan Rus işğalın qəbul  edirsiz.
Bizdə qəbul edirik.Amma nədənsə Ermənistanın  Azərbaycana olan işğalını hələdə işğal saymırsız.Bu ikili standartlar Amerikanın demokratiyasına kölgə salır.Siz əgər haqq ədalət istəyirsinizə , Qafqazda söz sahibi olan Azərbaycana və gonşu Gürcüstana səfər etməliydiniz.Öz gözlərinizlə həqiqətləri görəydiniz.Təəsüflər olsun ki, işğalcı Ermənistana səfər edib,30 il Azərbaycan torpağların işğalda saxlayan Erməni millətcilərinə dəstək verdiniz.Millətci erməni teroristlərinin sayəsində sovetlər birliyi dağılandan sonra,sərhəd müəyyən olunmuyub.Sərhəddə  Delimitasiya və Demarkasiya  işlərinə Ermənistan ləngidir.Sülh sazişin imzalamaqdan imtina edir.Bilirsiz niyə, cünki, bütün bunlara əməl etsə ,sizin sərhəd dediyiniz ərazilərdə sovet xəritəsinə uyğun olaraq Azərbaycana geri qaytarılacaq. Əgər 1918- ci ilin xəritəsiylə sərhədlər dəqiqləşsə onda iravan sizin gəldiyiniz yerevanda onların əlindən gedə bilər.Yox əgər Sovet xəritəsiylə dəqiqləşşə onda 1920 - ci ilin xəritəsi ilə  Zəngəzur deyilən yerdə Azərbaycana qaytarılmalıdır.Bu acı olan lakin doğru həqiqətləri  sizdə və bütün dünyada qəbul  etməlidir. Xanım Nensi Pelosi mən sizə ayrı seckilik qoymadan həqiqətin yanında yer almağı arzu edərdim.Yersiz tərəfin tutduğunuz Ermənistan Azərbaycan torpaqlarından Amerka və Rusiya   dövlətlərinin dəstəyi ilə yaradılıb. Bu xəritələr dünyanın bir cox əlyazma insitutlarında saxlanılır.Istəsəniz bunları sizdə görə bilərsiniz.Bir necəsin məndə sizə hədiyyə edə bilərəm.Siz  Demokratiya ilə Avtokratiya arasında secim qarşısında qalanda Demokratiyanı secdiyiniz kimi, Doğru ilə Yalanın arasında  qalanda sizə doğrunu secməyi arzu edirəm.Okeanın o tərəfindən   gəlib  Işğalcı Ermənistanı qızışdırıb  Amerika sizin tərəfinizdədir,demək eskalasiyanın başlanması deməkdir.44 günlük müharibə onu göstərdi ki, Azərbaycan öz müstəqil dövlətini gorumağa qadirdir və bundan sonra dövlətimizə qarşı uzanan əllər kəsiləcək.

18.09.2022
Asəf Əskər
Almaniya

Xudaferin.eu

16:21