4Mövsüm tədris mərkəzi 1yaşını qeyd etdi.

Xırdalan şəhərində yeni tədris evinin 1yaşı qeyd olundu. Gözəl şəkildə təşkil olunmuş əyləncəli tədbir Azərbaycan himni ilə açıldı. Sonra klounlar körpələri əyləndirdi. Körpələr xor şəkildə Xudayar təsnifini ifa etdilər. Uşaqların göynəklərində 44günlük müharibənin qəhrəman şəhidlərinin şəkli əks olunmuşdu. Bu da uşaqların vətənpərvər ruhda böyüməsinə xidmətin sübutu idi.

Tədbirdə Xidməti iş Abşeron RHİKnin sədri Kamran Orucov çıxışından sonra tərtib etdiyi diplomları elan etdi. Diplomları Dünya Ana və Uşaqlar İB-nin mədəniyyət üzrə müavini Leyla Mətin təqdim etdi.Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Əlavə olaraq qeyd edim ki, balaca fidanların sevimli məkanı olan tədris evinin bir-birindən gözəl və maraqlı dizaynı olan otaqları diqqətimi çəkdi. Əslində diqqətimi çəkən nüanslar çox oldu. Tədris evində şəhid övladlarının təmənnasız təhsil almağı da o incə nüanslardan biri idi. Sonra xəbər tutdum ki baxçada istifadə olunan kompotlar belə işçilər tərəfindən tam zəmanətli və təbii şəkildə hazırlanır. Söhbət zamanı mərkəzin təsisçisi Mansur bəy uşaqların təmiz yeməklərlə təmin olunmasına xüsusi diqqət ayırdığını söylədi.

Mərkəzin təsisçisi Baxışov Mansur Məzahir oglu və rəhbəri Kazımova Vüsalə Çingiz qızının ailə olmaqlarından yola çıxaraq deyə bilərəm ki ,uşaqlar sanki bir ailədə təhsil alırlar. Mərkəzdə Azərbaycan dili ilə yanaşı ingilis və rus dilləri də tədris olunur.

Biz də saytımız adından Gülərüz və mehriban müəllim kollektivilə bərabər tədris evinin bütün işçilərinə uğurlar diləyirik.


Leyla Mətin
Xudaferin.eu

16:23