“Təhlükəsizliklə bağlı hansısa məlumat var.” Artıq bir həftədən də artıqdır ki, Azərbaycanda bir sıra sosial şəbəkələr, Viber, Line, Messencer, Whatsapp-ın fəaliyyətində məhdudiyyət yaranıb.
Görüntülü və görüntüsüz zənglərdə problemlər yaranıb. Belə ki, nəinki ölkə xaricinə, o cümlədən də ölkə daxilində zənglər zamanı əlaqə yaranmır. Yaranan bu vəziyyət əhalini də ciddi narahat edir. Azərbaycanda sosial şəbəkələrdə belə vəziyyətin yaranmasına səbəb nədir?
Cebhe.info Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqəyə cəhd edib. Təəssüflər olsun ki, günlərlə 0124983911, mətbuat xidmətinin 012 4986072 əlaqə nömrəsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verən olmadı. Görünür, medianın, o cümlədən də vətəndaşların şikayətləri, məlumat almaq istəkləri onlar üçün maraqlı deyil.
Məsələyə eskpert münasibətini öyrənə bildik. İnformasiya, Kommunikasiya və Texnologiyaları üzrə ekspert Cahid İsmayıloğlu açıqlamasında böyük ehtimalla ölkədə təhlükəsiz vəziyyəti qorumaq üçün bəzi sosial şəbəkələrin fəaliyyətində məhdudlaşma yarandığını deyib: “Ehtimal edirik ki, İslam Olimpiya Oyunları bitdikdən sonra bu problem aradan qalxar. Düzdür, bu sosial şəbəkələr mobil operatorların fəaliyyətinə mənfi təsir edir. Lakin ehtimal etmirəm ki, yaranan problem bununla əlaqədardır. Yəqin ki, təhlükəsizliklə bağlı hansısa məlumat var. Lakin bu vəziyyət belə davam edə bilməz. Çünki yaranan vəziyyət istifadəçilərin narazılığına səbəb olacaq”.
Viber, Line, Messenger, Whatsapp niyə bağlanıb?

Nigar
Cebhe.info
13:21
Digər xəbərlər