Tərbizdə “Millətçi tutuqluya Azadlıq” pusterlər bütün şəhərin bəzəyinə çevrildi

 

İyunun 28-dən 29 keçən gecə Güney Azərbaycanın başkəndi Tərbrizdə şəhərdəki küçə və meydanlarda, yaşayış binalarının və iri ticarət mərkəzlərinindivarlarında tutuqlu milli fəalların azadlığı buraxılması tələb edən pusterlər yapışdırılıb.

Son günlər Güney Azərbaycan Milli Hərəkatının iki tutuqlu milli fəalının haqsız yerə məhkəmələrin sifarişli qərarlarına qarşı etiraz olaraq pusterlər üstündə ingilis və fars dilində “Tutuqlular üçün qeydsiz və şərtsiz azadlıq” istəyini bildirən yazıllar geniş şəkildə yayılmışdır. Onlardan biri Həbib Sasanianın haqlarının müdafiəsi yönündə demək olar ki, Güney Azərbaycan Milli Hərəkatının bütün fəalları hərəkətə keçmişlər. Şair kimi tanınan Həbib Sasanian bir ildən aşqındır qanunsuz yerə Tərbizin mərkəzi zindanında qanunsuz və günahsız həbs olunub. Bununla yanaşı, qanunsuz həbsinə görə Həbib Sasanian iyunun 11-dən indiyə kimi düz 19 gündür etiraz əlaməti olaraq aclıq elan edibdir.

Digər tutuqlu milli fəal 36 yaşlı Siyamək Mirzayi son 13 gündə Tehranın Evin zindanının 8-ci bölməsində zindanında mollakratiya rejiminin saxta İttihamlarına və ədalətsizliyinə etiraz olaraq aclıq etirazı keçirir. Çəkisi 77 kiloqram olan milli fəal Siyamək Mirzayi 10 gün içində 10 kilo arıqlayaraq, 67 kiloya düşüb.

Xatırladaq son bir həftədə Güney Azərbaycanın muxtəlif şəhərlərinin divarlarına Siyamək Mirzayi və Həbib Sasanianin azadlığını tələb edən yazılar şüarlar yazılıb. Ərdəbil ,Urmu,Təbriz, Muğan, Xoy, Qəzvin, Həmədan, Urmu, Sulduz, Qoşaçay, Tehran və başqa şəhərlərdə bu iki tutuqlu milli fəalın şəkilləri və adını görmək mümkündür.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:40