“Traktorsazi”nin yeni sponsoru Türkiyədən

 

İran və Türkiyə mediası Türkiyədə qərargahlanan beynəlxalq hava yolları şirkəti
“Atlas Global”ın
Güney Azərbaycanın başkəndi Tərbizin Traktorsazi (Traxtor) takımının yeni sponsoru olduğunu bildirirlər.

Anadolu agentliyi və Güney Azərbaycanda fəaliyyət göstərən yerli internet portalları bu haqda məlumat yayıblar. Məlumata görə, Türkiyədə “dünyanın ən çox tərəfdarı olan Türk takımı” kimi tanınan “Traktorsazi” İran milli futbol çempionatı oyunlarının yeni mövsümündə üzərində “Atlas Global” şirkətinin logosu olan formalarla meydana girəcək.

“Traktorsazi” takımının rəsmi veb səhifəsi iyulun 26-da əyinlərində yeni formaları ilə üç oyunçusunun şəklini yayıb. Formaların ortasında həmin şirkətin logosu və adı, logonun üzərində isə daha kiçik bir ölçüdə Urmu Gölünün şəkli dərc edilib.

Qeyd edək ki, Güney Azərbaycandan əlavə, İranın digər bölgələrində yaşayan Türklər arasında da çoxsaylı azarkeşi olan “Traxtor” takımı davamlı olaraq Türkiyə mediası, o cümlədən “Hürriyet”, “Milliyet” və “Yeni Şafak” kimi önəmli qəzetlərin gündəmində olur. Həmin qəzetlər “Traktorsazi” takımını “dünyanın ən çox tərəfdarı olan Türk takımı” kimi təqdim edirlər.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

09:30