Təbriz küçələrində AZADLIQ şüarları

 

Siyasi tutuqlu Həbib Sasanianın dərhal azadlığa buraxılması tələb olunur
 

Güney Azərbaycanın ba.kəndi Təbrizdə şəhərin küçələrində, xiyabanlarından, eləcə də yaşayış binalarının divarlarında Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri kimi tanınan və İran mollakratiya rejimi tərəfindən qanunsuz olaraq tutuqlu saxlanılan Həbib sasaniana dəstək kampaniyasına görə elanlar və bildirişlər yazılıbdır. Posterlərdə onun dərhal azadlığa buraxılması tələbləri irəli sürülübdür.
Posterlərin əksəriyyəti ərəb əlifbası ilə türk dilində yazılıb. Bəzi yerlərdə ingilis dilində yazılmış posterlərə də rast gəlinir. Güney Azərbaycan Milli Hərəkatının fəalları Həbib Sasanianın mollakratiya rejimi tərəfindən qanunsuz yerə həbs olunmasını pisləyir, onun dərhal azadlığa buraxılmasını tələb edirlər.
Onu da qeyd edək ki, Həbib Sasanian saxlanılmasına etiraz əlaməti olaraq 14 gündür aclıq aksiyasına başlayıb. O, mollakratiya rejiminin ən dəhşətli həbsxanalarının birində qanunsuz olaraq tutuqlu saxlanılır. Hər ötən ildən fərqli olaraq, Güney Azərbaycan Milli Hərəkatının güclənməsi Tehran mollakratiya rejimini daim qorxu içində saxlayır. Buna görə də Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı qondarma və saxta cinayət ittihamlarını irəli sürərək onları həbs etmək kimi siyasətləri sərgiləyir.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”

 

09:31