Səfiyə Qarabaği Zənganda tutuqlanıb

 

Güney Azərbaycan Milli Hərəkatının Zəncan şəhərində yaşayan fəalı və qadın haqları müdafiəçisi Səfiyə Qarabağinin İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanmışdır.
 

“Xudaferin.eu”nun Zəngandakı müxbiri bildirir ki, İran mollakratiya rejiminin xüsusi cəza dəstəsi kimi tanınan “Ettelaat”ın məmurları onu səhər saatlarında tutuqlayıblar. Səfiyə Qarabağinin həyat yoldaşı Ruzbeh Səadəti öz Facebook səhifəsində olayı belə təsvir edib: “Göründüyünə görə, tutulduqdan sonrakı bir neçə saat ərzində onu Ettelaat idarəsində saxlayıblar. Sonra, üç məmur evimizi təftiş üçün gəldilər. Onlar özləri ilə Səfiyəni gətirmişdilər. Evi axtarıb, laptop, bir neçə dəftər və kitab, eləcə də şəxsi sənədləri alıb apardılar.”

Səadəti həyat yoldaşının “rejimə qarşı təbliğat” fəaliyyəti, “ictimai rəyi azdırmaq” və “yalan məlumat yaymaq” ittihamı ilə tutulduğunu bildirib.

“Bir neçə kəlmə söhbət edə bildik. İttihamların rejimə qarşı təbliğat, ictimai rəyi azdırmaq və yalan məlumat yaymaq olduğunu dedi. İndi durumundan xəbərsizəm,” Səadəti Facebook səhifəsində qeyd edib.

Səfiyə Qarabağinin fəaliyyətləri qadın hüquqları, qadına qarşı zorakılıq, bu ölkənin gender bərabərsizliyinə zəmin yaradan məqamlar, habelə Türk dil hüquqlarına dair yazılar yayımlayıb və toplumda maarifləndirmə işləri aparıb.

Xudaferin.eu
Güney Azərbaycan, “Zəngan Bürosu”

 

09:32