Qubad İbadoğlu: “Xaricilər pullarını geri almayınca, Azərbaycan hakimiyyətindən əl çəkən deyillər”

 

“Osloda olanda Qazaxıstan hökümətinin nümayəndəsi yaxınlaşıb Azərbaycan Beynəlxalq Bankının sonu ilə maraqlandı. Dedim sonu özəlləşdirmədir. Soruşdu ki, bəs bizim 250 milyon dolların axırı necə olacaq? Cavab verdim ki, yəqin qaytararlar, narahat olma, cavabımdan narazı qaldı”. Hurriyyet.org xəbər verir ki, bu barədə iqtisadçı Qubad İbadoğlu “feysbuk” səhifəsində yazıb: “Fikirləşdim ki, özümüzün on milyardlarla pulumuzu dağıtmaqları az deyil, hələ özgələrin də milyardlarının axırına çıxıb, indi də qaytarmaq istəməyib, hələ bizi də suallar qarşısında qoyurlar. Əhsən, belə hakimiyyətə!”

“Dünyada 10 ən böyük bank oğurluğunda yoxa çıxan pullar Beynəlxalq Bankdan yoxa çıxanların heç dördə birinə belə çatmır”
 

“İnternet vasitəsilə dünyada 10 ən böyük bank oğurluğunda yoxa çıxan pullar barədə informasiyalara baxdım, hesablama apardım, bəlli oldu ki, onların bütünlüklə oğurladıqları ABB-dən yoxa çıxanların heç dördə birinə belə çatmır. Amma burda bir məqama diqqətinizi çəkmək istərdim. İlk onluqda yer alan bank oğruları peşəkar, ağıllı və hiyləgər adamlar olub, bu məqsədlə plan qurulub, proqram yazılıb, biz də isə oğurluq edənlər onu nəinki plan və proqramla ediblər, heç milyardları oğurlamaq üçün ağıl belə işlətməyiblər. Sadəcə “əlbir olub bir ayı bir şir ilə, Ovladılar dovşanı tədbir ilə. Olmadılar razı onu bölməyə, Çıxdı iş axır ölüb-öldürməyə”. Bizdə baş verənlərin ən düzgün izahını obrazlı olaraq Abbas Səhhətin təmsili ilə daha yaxşı təqdim etmək olur” - deyə iqtisadçı qeyd edib.

“Heç bir xarici pulunu Azərbaycan hakimiyyətinə bağışlamaz”

Qubad İbadoğlu düşünür ki, xaricilər ən əlverişli şərtlərlə pullarını geri almayınca, Azərbaycan hakimiyyətindən əl çəkən deyillər: “Heç bir xarici pulunu Azərbaycan hakimiyyətinə bağışlamaz, yalnız yerli vergi ödəyicilərindən başqa, görsənən odur ki, yenə də sonda bu borclar büdcədən ödəniləcək”.

Şamo
Hurriyyet.org

 

09:36