"Qiymət artımlarının başlıca səbəbi korrupsiyadır"
İqtisadçı Rövşən Ağayev yanacağın qiymətinin artırılması ilə bağlı fikirlərini bölüşüb.
Tanınmış iqtisadçı bildirir: "Tarif Şurasının benzinin qiymətini 30%-dək artırması ilə bağlı qərarında təskinlik üçün yazılır: hətta bu qiymət artımından sonra A-92 markalı benzinin qiyməti Azərbaycanda əksər MDB və region ölkələri ilə müqayisədə aşağı olacaq.
Problem benzinin qiymətində deyil – A-92 markalı benzinin qiyməti 1.2 manat da ola bilərdi. Əsas məsələ odur ki, bu ölkələrdə insanların yayaşış səviyyəsi, gəlir əldəetmə imkanları mövcud qiymət səviyyəsinə uyğundurmu?
Bir faktı deyim ki, rəsmi açıqlamada adı çəkilən 3 ölkədə – Qazaxıstan, Rusiya və Belorusda orta aylıq əmək haqqı səviyyəsi orta hesabla Azərbaycandan 2-2.5 dəfə yüksəkdir.
Əlavə olaraq, bu ölkələrdə məşğul əhalinin orta hesabla 70-80%-i rəsmi əmək müqaviləsi əsasında bəlli məbləğdə əmək haqqı səviyyəsinə, iş yerlərinə və sosial sığorta imkanına malikdirlər. Azərbaycanda həmin göstərici təxminən 33% təşkil edir.
Bu 3 ölkədə orta aylıq əmək haqqına Azərbaycanla müqayisədə azı 2 dəfə çox A-92 markalı benzin almaq olur – ən vacib məqam bax budur. Başqa bir problem də var – devalvasiyadan sonrakı mərhələdə ölkə iqtisadiyyatı ikirəqəmli inflyasiyadan can qurtara bilmir. Enerji daşıyıcılarının qiyməti artımı ölkədə yüksək inflyasiyadan can qurtarmağa imkan verməyəcək. Belə şəraitdə hökumət sərt pul-kredit siyasəti ilə iqtisadi fəallığın artımından yenə də çəkinəcək. Nəhayət, metropoliten ətrafında son günlər yaranan müzakirələr göstərir ki, dövlət şirkətlərinin problemi aşağı tarifdə deyil, səmərəsiz və şəffaf olmayan xərcələmələrdədir".

Muxalifet.az
09:37
Digər xəbərlər