Qeyri-rəsmi ödənişlər quş əti və yumurtanı bahalaşdırır
Qeyri-rəsmi ödənişlər quş əti və yumurtanı bahalaşdırırÖlkədə qiyməti kəskin bahalaşan məhsullar sırasında ət, quş əti və yumurta daha ciddi məsələ kimi diqqətdədir. Politika. Az-ın xəbərinə görə, bir sıra ekspertlər bəyan edirlər ki, bu, hələ son deyil, yaxın zamanlarda süd və süd məhsullarının da qiymətində ciddi artım olacaq. Qeyd edək ki, toyuq ətinin kiloqramı təxminən 3,5-4 manat arasındadır. Çeşidindən asılı olaraq toyuq ətini bu qiymətə almaq mümkündür. Yumurta isə artıq 18-20 qəpikdir. Maraqlıdır, ölkədə saysız-hesabsız broyleylər fəaliyyət göstərir, kəndlərdə əhali şəxsi təsərrüfatlarda yetərincə toyuq və yumurta istehsal edir, belə olan halda bu sahədə bahalaşmanı nə ilə əsaslandırmaq olar? Ekspertlər qiymət artımı üçün iqtisadi əsaslar olduğunu deyirlər. Bildirilir ki, ölkədə ət istehsalı baha başa gəlir, çünki kifayət qədər yem tədarük olunmur. Məsələn, toyuq yeminə qatılan qatqılar xaricdən gətirilir. Dolların bahalaşması yemin bahalaşmasına təsir edir, son nəticədə məhsulun qiyməti artır. Bir neçə quşçuluq fabriki dollar bahalaşandan sonra dəymiş zərəri açıqlayıb. Onlardan birinin zərəri 2 milyon manata yaxındır. Yem xaricdən dollarla əldə olunduğu üçün məhsulların qiymətinə də təsir göstərir. Hər şeydən pisi isə odur ki, müşahidəçilər bu istiqamətdə bahalaşmanın olacağını proqnozlaşdırırlar. Qeyd edilir ki, ölkə özü keyfiyyətli quş yemi istehsal etmədiyindən, bu komponentlər xaricdən valyuta ilə əldə olunduğundan, bahalaşmanın davamlı olacağı qaçılmazdır.
Politika.Az-a danışan quşçuluqla məşğul olan fermer bildirir ki, hazırda istifadə edilən yem birbaşa başqa ölkələrdən gətirilir. Adının çəkilməsini istəməyən həmsöhbətimiz deyir ki, yemi dollarla alırlar: “Dollar da gördüyünüz kimi, gündən-günə bahalaşır. Toyuqçuluqda bütün istehsal vasitələri dollarla əldə olunur. Ona görə də məhsulun maya dəyəri artır. Biz də məcbur olur onu baha satırıq”.
Politika.Az-ı məlumatlandıran fermer onu da bildirdi ki, ayrı-ayrı dövlət qurumları tərəfindən edilən təzyiqlər onlara işlərini düzgün qurmağa imkan vermir: “Xaricdən mal-məhsul gətiririk gömrükdə qeyri-rəsmi ödənişlər alırlar, burada vergi gedir Əmək Müfəttişliyi gəlir, o gedir su, qaz, işıq gəlir, hərə öz qaydasını tətbiq edir, hər fəaliyyətimizdə bir “çatışmazlıq” tapır əlavə pul alırlar. Bunlar hamısı xərc kimi maya dəyərinə oturur. İnandırım sizi, qeyri-rəsmi ödənişlər məhsulların qiymətinin azı 20-30 faiz artmasına səbəb olur”.

Politika.Az
13:48
Digər xəbərlər