Ölkədə bəzi məhsullar üzrə inflyasiya 35 faiz təşkil edib

 

Cari ilin yanvar-iyun aylarında Azərbaycanın bəzi rayon və şəhərlərində illik inflyasiya 20%-i keçib.
 

İstehlak məhsulları və xidmətlərin qiymət artımı Xaçmaz rayonunda 26,2%, Saatlı rayonunda 24,6%, Lənkəran şəhərində 21,0%, Qəbələ rayonunda 20,9%, Şəmkir, Daşkəsən rayonlarında 20,5% və İmişli rayonunda 20,0%, təşkil edib. Məlumatı Dövlət Statistika Komitəsi yayıb. Ərzaq məhsulları, içki və tütün qiymətlərində ən çox illik artım Qəbələ rayonu (31,5%), Xaçmaz rayonu(34,0%), Ağcabədi rayonu(31,0%), İmişli rayonu(35,2%), Saatlı rayonunda(32%) baş verib.

Muxalifet.az

09:38