Zəhra Aypara: Yaşatmam gərəksiz sevgini

Zəhra Aypara. Çağdaş Güney Azərbaycan ədəbiyyatının yeni nəslini təmsil edən şairlərdən biri də Zəhra Ayparadır. Onun şeirlərinin əsas mövzusu ikiyə bölünmüş bir vətənin dərdləri, iki yüz ildən çox fərqli düzəndə yaşamağa məcbur edilməsinin tarixi ədalətsizliyinə qarşı daxili etirazlarının üsyanı, alov püskürən etirazıları yer almışdır. Bu gün zamanın ritminin ahənginə yeni bir çaların əlavə edilməsi, onun muniscəsinə ünlü dəyərlərini ictimai fikrə təlqin etmək şairənin yaradıcılığının ana leytmotivi sayılır. İkiyə bölünmüş bir xalqın danışan dilinə çevrilmək, onun tərcümanı olmaq nə qədər çətindirsə eyni zamanda bir o qədər şərəflidir. Zəhra Ayparanın şeirlərinin mahiyyəti və silqəti məhz bununla dəyərlidir.   

Araz

Araz qırağında
oturarkәn bir an,
Dәrdimi, sözümü
bir daşa dedim.
Danışdıq sevmәkdәn,
güldәn, çiçәkdәn,
Daş da fәrәhlәndi
sözdәn, söhbәtdәn.

Tapmışdım sirdaşımı,
bәs neylәyәydim?!.
Duyğularımın arxasın gәtirdim.
Sən demə hər şey,
elə bu sevgidәnmiş.
Dərildi dәrdlәr,
mәn dedim әridim,
әridi sәtirlәr,
birini mәn dedim,
birini də dәrdlәr.

Hәsrәtdәn danışdım,
ayrılıqlardan,
sevgidә nә varsa,
ondan danışdım.

Araz qırağında
başqa hava var,
sanki dilә gәlir tәbiәtim dә.
Danışır duyğular tәriqәtindәn,
bir üçlü var ürәyimdә,
can Arazım,
sevdim Vәtәnimi,
qovuşmur yaxası hәr üçünün dә...
 

Sevgi bir an

Bәslәnilmiş bir ümid var,
Əl çatmayan
bir dilәk.
Qәribsәmiş
bir duyğudur,
Bir sәs vardır,
ucalıqda, yüksәklikdə.

O bir baxışı
çәlәng edәn,
dirәnişdir,
bәlkә dә eşq. 
Tüm insanclı
duyğulara,
hər bir anı
bir ömrә bәdәl.

Bir ömürlük ağrı, kәdәr,
Çökmüş avarları
bir könüldә.
ən adi bir sözcükdә,
toxunuşda,
gizli saxlanılan
bir sevda var.

Bir hüzün dә,
üstünü örtmüş,
güllükdә saçlarımın
qarasında,
düyünlәnmiş
bir dәnindә...

Bir sevgi var,
elә bir sevgidir o,
bir ömür qısalıqda,
bir an böyüklüyundә,
bir an uzunluğunda...

 

Yaşatmam

Yaşatmam gərəksiz sevgini,
niyәsiz,
nәdәnsiz sorğularla...

Yaşatmam gərəksiz sevgini,
ruhumun dәrin duyğularında
itmәmәk üçün,
başqa ürәklәrә
dolmamağ üçün...
Ümidsizliklər içindә
bir yaşam sürmәmәk üçün...

Yaşatmam gərəksiz sevgini,
bir başqa vәfasıza
qapılmamaq üçün...

Yaşatmam gərəksiz sevgini,
sәni yenidәn sevmәmәk üçün.
Qısası,
yaşatmam gərəksiz sevigini, 
ayrılığının yasını tutmamaq üçün...

 

Ürəyim

Ruhum çımçılpaq,
duyğularım apaçıq ortada.
Yanlızlığım da bәllidi
qoşalığım da.
Ürәyim ağappaq
saf bir varağ kimi,
yazısı da bәllidi,
pozusu da...

Yalan mәnim ən az
bildiyim bir şeydir,
Ağı da bәllidi,
qarası da.
Ruhum da azad,
duyğularım da azad,
beləcə azadam mәn.
Pis olan hәr nә varsa,
bir sadiqlik hasarında
Qorunuram necә olsa.

Azadsan
 

Gilə-gilə əritdin
məndə olanları, 
Tüstüsünə isindiyim
ağ rəngli,
qara bəxtli
şamınla
azadsan.

Duyğularımın
səni həbs etdiyi
dərinlik quyusundan
azadsan.

Sıx-sıx bağladığım
ürəyimə bənd olmuş
düyünündən çözdüm səni,
azadsan.
Uçurduğum sevgi
quşlarım kimi...

Haydı
indi uç...
Uç öz yanlızlığına doğru...
Azadsan,
azadsan...
Azad...........

12:09