Nikol Paşinyanın bundan sonrakı aqibəti

Nikol Paşinyanın bundan sonrakı aqibətinin necə olacağı o qədər də maraqlı, daha doğrusu əhəmiyyətli deyil. Onun hakimiyyəti necə mənimsədiyi məlumdur. Ermənilər Xankəndindən gələnlərin uzunillik hakimiyyətindən necə cana yığılmışdılarsa, Serj Sərkisyanın yerinə kimin gəlmək şansı olsaydı, ona da dəstək verəcəkdilər. Təki Qarabağ ermənisi olmasın. Yəni bu məqama diqqət edək ki, bu dəyişiklik heç də Qarabağ məsələsinə görə deyildi, ermənilər bir az başqa niyyətlə hakimiyyəti dəyişmişdilər.

“Yadelli” dedikləri ermənilər-əvvəl Köçəryan, sonra isə Sərkisyan Ermənistanı elə çapıb-talamışdılar ki, İrəvanda Paşinyana az qala xilaskar kimi baxırdılar. Paşinyanın ilk aylar verdiyi bəzi mesajlar, deyəsən, Bakıda da müəyyən ümidlər yaratmışdı, “bəlkə bu adam oldu” deyə... Paşinyan bəlkə də dövlətçi adam olsa, bəlkə də tarixə adını Ermənistanın xilaskarı kimi də yazdıra bilərdi. Amma asılı bir ölkə, xəstə təfəkkürlü bir millət heç vaxt düşdüyü dərin çuxurdan hansısa “yan”ın hakimiyyətə gəlməsi ilə xilas ola bilməz.

İşğal olunmuş torpaqları geri qaytarmaq istəmirlər, amma istəyirlər ki, regional proyektlərə qoşulub yaxşı yaşasınlar. Ölkələrinin işğalçı siyasətini hər yerdə dəstəkləyirlər, amma istəyirlər ki, dünyanın biznes adamları gəlib o xarabaya investisiya qoysunlar, onları acından ölməkdən xilas etsinlər. Azərbaycana düşmən kəsilmələri azmış kimi, faşist babalarını da qəhrəmanlaşdırırlar, sonra da arzulayırlar ki, dünyada bunlara sivil toplum desinlər. Rusiyanın arxasında gizlənib hər hoqqadan çıxırlar, amma Qərbin nəhəng güclərinin də qoltuğunun altına girməyə fürsət axtarırlar. Qısası, gəlinən nəticə budur ki, ermənilər insan kimi yaşamaq, ölkələrini inkişaf etdirmək üçün nə istədiklərini bilmirlər.

Millətçi ermənilərdən biri olan “Rusiya kəşfiyyatının xalası” Marqarita Simonyanın Ermənistan hakimiyyətinə ünvanladığı mesajı bizim yerli saytlar da tirajlamışdı. Bu məkrli qadın Ermənistan hakimiyyətinin işğalçı siyasətinə bir cümlə belə həsr etməyib, əvəzində onları Rusiyanın qabağında “burcutduqlarına” görə qınayıb. Bu, guya ağıllıları, sivilləridir də... İçərilərində ölkəsinin gələcəyini düşünənlər əlbəttə var, bu siyasətin Ermənistanı uçuruma apardığını da yaxşı bilirlər. Amma onlar da Qarabağ məsələləsinə görə cəsarətli danışa bilmirlər, çünki şantaj olunurlar, “türkə satılmış” elan edilirlər. Yəni problem genəl olaraq Paşinyan, Simonyan və ya başqa bir “yan” məsələsi deyil. Bu millət özünü zəlil edib, özgə torpağı hesabına yeni ərazilər qurmaq mərəzindən qurtura bilmir, bunun “müalicəsinin” isə bir yolu qalır: son dığasına qədər torpağımızdan qovub çıxarmaq. Sonra sərhəddə divar hörmək və ölkənin konstitusiyasına “Ermənistan Azərbaycan dövlətinin düşmənidir” yazmaqla gələcəyimizi də qarantiya almaq olar. Qoy gələcək nəsillər də heç vaxt bu millətlə bağlı sayıqlığı itirməsinlər...

Əlbəttə, “dövlət bunu edə bilməz, imic, filan” deyə bilərsiz. Amma bu gerçəkliyi də qəbul etmək lazımdır: Ermənistanın 10 baş naziri, 50 müdafiə naziri dəyişsə də, Qarabağa və bizə münasibətdə köklü olaraq heç nə dəyişməyəcək. Bunu bilmək üçün xüsusi istedad və ya öncəgörənlik lazım deyil ki... Tarixən bu millət bizə kin-küdurət bəsləyib, süfrəmizdə oturub ayağımızın altını qazıb, fürsət düşən kimi torpağımıza da, canımıza da qənim kəsilib. Ayrı-ayrı nümayəndələrinin insani keyfiyyəti ola bilər, amma “milli məsələyə” gəldikdə erməni bizimlə barışmayacaq. Ona görə bizimkilər də barışmaq, erməni ilə Qarabağda birgə yaşamaq, sülh danışıqları ilə işğalçını yola gətirmək kimi nağıllardan uzaq durmalıdırlar. Heç diplomatiya üçün də belə gedişlər gərək deyil.

Son hadisələr göstərdi ki, Azərbaycan hakimiyyəti beynəlxalq aləmdə Ermənistanın əl-qolunu bağlaya bilib, manevr imkanlarını sıfırlayıb. Daha heç bir özünə hörmət edən təşkilat, dövlət Ermənistana görə özlərini qabağa vermək fikrində deyillər. Azərbaycanın isə sözünü eşidənlərin də, bizə haqq işində dəstək verənlərin də sayı artıb. Sərhəddəki bir həftəlik gərginliyin ən ciddi nəticələrindən biri də budur...

Nazim SABİROĞLU

14:08