*Vətənpərvərlik fitri istedaddır-birində özünü tez göstərir, birində zamanı gələndə. Şəhid Xudayar fitri istedadın ən barz nümunəsidir.
*Dünyanın ən kədərli tablosu hansıdır? Oğlunun tabutu qarşısında qurban kəsdirən ana!
*Vətənin məhz “ana” olduğunu niyə böyük müharibələrdə daha çox təbliğ edildiyi düşündürücü sualdır. Ana hamının zəif damarıdır...
*Müharibəni qazanmaq üçün əsas şərt düşmən tərəfi yaxşı öyrənməkdir. Bizim qələbənin sirri həm də budur. Demək, qəvi düşmənlərimiz bizi yaxşı tanımayıblar, öyrənib yenidən üzərimizə gələcəklər...
*Dövlət ideologiyası elmi nəzəriyyəyə yox, millətin həyat tərzinə çevrilməlidir.
*Bir çox ölkədə bu devizə rast gələrsən: “Dövlət dindən ayrıdır” deyərlər. Əslində isə belə də deyilə bilər: Dövlət və din ayrı deyil, amma qanunlar qarşısında bərabərdir...
* Lenin şübhəsiz dünya miqyasında dahi, inqilabçı-bolşevik hərəkatın “peyğəmbəridir”. Stalin dünyanın zamanını geri çəkmiş serial qatil, Hitler irqçi-millətçiliyin atasıdır. Basdrılmasa da, ölən Lenindir. Hələ də dünyada hakimiyyət başında Stalinlər də var, Hitlerlər də...
*Millətin hədəfləri yoxdursa, özü hər zaman hədəf olacaq...
*Quran, bayraq, çörək...Öpülüb göz üstünə qoyulan bu üç müqəddəsdən birinci sırada Qurandır. Ona and içib bayrağı qaldırır, ona tapınıb çörəyi kəsirsən...
* Acgözlük və hərislik insan övladının ən çox “kəsildiyi” imtahandır...
*Pandemiyanın xeyiri: bəzi üzləri görməkdən qurtulursan...
*Ədalətsiz məhkəmə hakimlərinin haqq dünyasında prokuror olmaq şansı çoxdur...
*Qələmin qılıncdan güclü olması hökmdarların şairlərə xoş gəlmək üçün uydurduğu yalandır. Qələmin kəsə bilmədiyi səsi qılınc kəsər. Bütün sülhlər qələmlə bağlanır. Demək, qələm olsa-olsa, qılıncın davamıdır...
*İlahi ədalət dünyanın ən adil ali məhkəməsidir.
*Vətəni iki cür sevmək var: vətən üçün ölənlər və vətən üçün yaşayanlar. Birincilərin məkanı şübhəsiz, cənnətdir. Vətən üçün yaşayanların işi daha da çətindir: vətəni cənnət etmək...
*Təhsili zəif ölkə betondan tikilmiş ev kimidir. Nə qədər səs salsan, səsin ancaq özünə qayıdar, kənara çıxmaz.
*Hansısa filmdən eşitmişəm: bir var bəzi adamlar, bir də var bəzən adamlar...
*Müəllim adı biz onun çörək yediyini inandan sonra nüfuzdan düşdü.
*Ziyalı işıq saçan deyil, qaranlıq otaqda daima qara pişik axtarandır.
*Vicdan məhbusu ən axmaq termindir.
*Toya dəvətnamələr gözləyən bir dövrü yaşayacağımızı ağıl etməzdik...
*Cənubi Qafqazda ən tənbəl xalq gürcülərdir. Hətta demokratiyanın da onların qapısınadək gətiriləcəyinə inanırlar...
*Ordusu olmayan dövlətlər var. Xoşbəxdirlərmi? Dövlət olaraq yəqin ki, yox, vətəndaş olaraq yəqin ki, hə...
Dünya yalandırsa, bizim yaşadıqlarımızın adı nə?

*Amerika “mənəm-mənəmlik” pandemiyasının qurbanıdır.
*İmperiyaların dağılması hökmdarların hərəmxanalarından başlayıb.
*Kreml dünyanın ən qapalı muzeyidir.
*Dünya yalandırsa, bizim yaşadıqlarımızın adı nə?
Nazim SABİROĞLU
Xudaferin.eu
17:02