Paşinyanı Ərdoğana zənginə görə qınayanlar unudurlar ki…
Nikol Paşinyanın zəlzələ ilə bağlı Ərdoğana zəng etməsi və azsaylı xilasedici göndərməsinə erməni müxalifətinin və cəmiyyətin türk düşmənçiliyini tətikləyən reaksiya vermələri əslində, hökumətin xeyrinə işləyir. Paşinyana kənardan durub “türk” çığıran zehniyyət onun hakimiyyətdə yerini daha da möhkəmləndirir. Qərbə indi Ermənistanda bir az ağılı başında olan və əlbəttə ki, Paşinyan kimi sözəbaxan hakimiyyət lazımdır. Sərkisyan-Köçəryan cütlüyünün və onların tör-töküntülərinin hay-küyləri isə özlərinə qarşı işləyir.
Parlamentdə bu zənglə bağlı müzakirələrdə spiker Alen Simonyanın müxalifətin “Türkiyə düşmənimizdir, yoxsa yox” sualına cavabı əslində Nikol hökumətinin jestinin məqsədini tam açır: “Nə etməliyik? İstanbulu qan gölünə bələyəcəyimiz haqqıda nəğmə oxumalıyıq? Sizin bu fəlsəfənizin bizi hara apardığını görmüşük. Nə edək? Gəlin yığışaq 90 milyonluq Türkiyəyə hucum edək? Variantınız nədir? Problemlərimiz varsa, onu bu günün reallığından çıxış edərək həll etməliyik”. Paşinyanın üzərinə gedən müxalifət də, “yardımları zəhərləyib Türkiyə göndərək” deyənlər də Ermənistanın zəlzələ olmadan belə 44 günlük müharibənin nəticəsi olaraq və ondan sonrakı siyasətinin dağıntıları altında qaldığının fərqindədirlər. Ermənistan dövlət kimi məhvə gedir və Paşinyan olsa-olsa, bu prosesi mümkün qədər zəiflətməyə çalışır.
Belə fəlakətlər zamanı ölkə rəhbərlərinin başsağlığı verməsi və ya telefon danışığı adi praktika olduğunu kinli erməni cəmiyyəti hələ də öyrənə bilməyib. Belə addımlar düşmənçilik edən istənilən ölkələrin bir-birinə münasibətini dəyişirmi? Dəyişmir. Ankara rəsmi İrəvanın başsağlığı və azsaylı xilasedici dəstə göndərməsindən artığını Ermənistandan gözləmir və buna Türkiyənin heç ehtiyacı da yoxdur. Paşinyanı ittiham edənlər vaxtilə Türkiyəyə müxtəlif diplomatik jestlər etdiklərini deyəsən, unudurlar…
Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan 1993-cü ilin aprelində Türkiyə prezidenti Turqut Özalın dəfn mərasimində iştirak etmək üçün nümayəndə heyəti ilə Türkiyəyə gedib. Ermənistanın “futbol diplomatiyası” həyata keçirdiyi illərdə hakimiyyətdə Serj Sərkisyan idi. Prezidentlik dövründə Serj də Türkiyə hakimiyyətinə çoxsaylı başsağlığı teleqramları göndərib. Məsələn, 2010-cu ilin martında, 2014-cü ilin mayında zəlzələ ilə bağlı Türkiyə prezidenti Abdullah Gülə başsağlığı teleqramları yollayıb. 2015-ci ilin iyulunda Sərkisyan Türkiyə prezidenti Ərdoğana Şanlıurfa vilayətində baş vermiş partlayış, 2016-cı il iyununda isə İstanbulda terror aktı ilə bağlı Ərdoğana başsağlığı teleqramı göndərib.
O vaxtkı hakimiyyətin də, Paşinyanın budəfəki addımını da Türkiyə hakimiyyəti əlbəttə, müsbət qiymətləndirir, amma bu Ermənistana münasibətin köklü dəyişəcəyi demək də deyil. Problem yenə də sülh müqaviləsini yubadan, 10 noyabr(2020) və ondan sonrakı razılaşmaları, xüsusilə Qarabağdakı silahlı dəstələrin çıxarılmasına və Zəngəzur dəhlizinin açılmasına hələ də müqavimət göstərən Ermənistandadır. O səbəbdən erməni cəmiyyəti də, müxalifət də fərqindədir ki, Paşinyan öz ativinə Qərbdəki “dayıları”nın gündəliyində yağlı “3” yazdırsa, bu, Türkiyə hakimiyyətinin Ermənistana münasibətində təməlli heç nə dəyişməyəcək. Çünki Azərbaycanın Ermənistandan tələbləri həm də Türkiyənin istəkləridir. Bu tələblər yerinə yetirilməyincə, İrəvan-Ankara münasibətlərində xüsusi irəliləyiş gözləməyə dəyməz. Bu o vaxt istənilən nəticəni verə bilər ki, Ermənistan səmimi olaraq Azərbaycana və Türkiyəyə münasibətdə düşmənçilik siyasətindən əl çəksin. Əks təqdirdə, müxtəlif səviyyələrdə davam edən təmas və danışıqlara baxmayaraq, düşmənçilik davam edəcək, bundan isə itirən Ermənistan olacaq…
Ermənistan zəlzələsiz də dağıntılar altındadır

Nazim SABİROĞLU
Xudaferin.eu
00:57