Moskvadakı soydaşlarımız Qurban Bayramı münasibətilə xalqımızı təbrik etdi

 

“Moskva və Moskva vilayəti Regional Milli-Mədəni Azərbaycan Muxtariyyəti” təşkilatı müqəddəs Qurban Bayramı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edərək bu barədə bəyanat yayıbdır.

Bəyanatda bildirilir ki, bu müqəddəs bayram həm də birlik və bərabərliyin simvollarından biridir. Hər bir müqəddəs bayram və törənlərdə xalqımız bir-birini təbrik edir və ənənəvi olaraq birlik və bərabərlik nümayiş etdirir. “Moskva və Moskva vilayəti Regional Milli-Mədəni Azərbaycan Muxtariyyəti” təşkilatı yarandığı gündən indiyə kimi, harada və hansı ölkədə yaşamasından asılı olmayaraq, daim xalqımızın birliyi üçün fəaliyyət göstəribdir. Bu istiqamətdə əlindən gələn və mümkün olan bütün imkanlarından istifadə edərək bu birliyi qorumağa çalışıbdır. Xüsusilə Rusiya Federasiyası boyunca yaşayan sopydaşlarımızın intellektual səviyyədə inkişafı üçün çalışıbdır. Milli birliyimizi qorumaq və bu istiqamətdə daha möhtəşəm addımlar atmaq, yaşadığımız bu ölkədəki çoxpalitralı xalqlar dostluğu ailəsində Rusiya Federasiyası və Azərbaycan dövlətlərinin əbədi və daimi dostluq tellərinin qorunub saxlanılması kimi müqəddəs vəzifəni həyata keçiribdir.
Müqəddəs Qurban Bayramı bəşər övladı üçün ən yüksək humanizm dəyərlərindən biri hesab olunur. Milliyyətindən və dinindən asılı olmayaraq, bu müqəddəs bayram günü hamı ilə paylaşmaq, ocağını isindirmək kimi ali dəyərlərə xidmət edir. Qoy həmişə hər bir soydaşımızın evində və ocağında bol-bərəkətli, ruzi dolu bir tale qismət olsun.
Əziz və dəyərli xalqımız sizləri bir daha təbrik edirik. Bizlər qürbət ölkədə yaşasaq da, heç bir zaman hamımız uşun doğma olan vətənimiz Azərbaycanı unutmamışıq. Bizlər azərbaycanlı olmağımızla hər yerdə qürur duyuruq. Başqa xalqlarla dotsluğumuz da bizim xalqımızın tolerantlığı və digər xalqlara dəyər verdiyimizin simvollarından biridir.
Bu müqəddəs Qurban Bayramı digər birlik və bərabərliyimizin simvolum olan dəyərli bayramlarımız kimi hamının həyatında barış və hüzur gətirsin. Bayram münasibəti ilə etdiyiniz dualar qəbul olunsun. Uca Tanrı hər zaman dualarınıza yardımçı olsun.

Xudaferin.eu
RF. “Moskva Bürosu”
   

10:31