Məmur idmanı və ya idman məmuru

 

 

“Məmurların korrupsiya pulunu idmandan çəkən kimi bütün növlər üzrə çöküş yaşanacaq”

“Azərbaycanda bütün idman sahələri korrupsiya vəsaiti ilə qeyri-orqanik inkişaf edib. Məmurların korrupsiya pulunu idmandan çəkən kimi bütün növlər üzrə çöküş yaşanacaq”.

Bu barədə REAL Hərəkatının icra katibi Natiq Cəfərli “feysbuk” səhifəsində yazıb.

“Qürur yeri olan güləş növündə də vəziyyət eynidir”

 

“Həmişə milli saydığımız, qürur yeri olan güləş növündə də vəziyyət eynidir. Güləş Federasiyasına müstəqilliyin ilk illərində, 1997-ci ilə qədər Etibar Məmmədov rəhbərlik edirdi. Sonra ölkəyə neft pulları gəlməyə başladı, idmana “qayğı” artdı, bu sahə uzun illər Abbas Abbasov və onun ailəsinin nəzarətinə keçdi, onun azərbaycansayağı “biznesindən” qazandığı vəsait hesabına güləş inkişaf etdi. Sonra Abbas müəllim vəzifədən getdi, həmən də möcüzəvi şəkildə idmana marağı “azaldı”, Federasiyaya yeni sponsor - Vergilər Naziri Fazil müəllim təyin edildi. Nazirliyin “yaxşı” vaxtlarında otüstü hokkeyi də müəllimə yüklədilər. İndi deyəsən, vəziyyət yaxşı deyil, vergi zülmlə, iş adamlarının canına çökməklə, həm də artıq birbaşa büdcəyə yığılır (əvvəl başqa mexanizmlər var idi)”, - deyib icra katibi.

 

“Digər sahələr kimi, idman sahəsi də tam çürüyüb”

 

Cəfərli qeyd edib ki, dünən güləş üzrə milli komandamız etiraz aksiyası keçirib: “Parisə, dünya çempionatına getməkdən imtina edib. Səbəb də odur ki, aylardır onlara pul verilmir, məmurlar onlara yaxşı baxmır. Təbii ki, bu illər ərzində havayı korrupsiya pulundan idmançılar da havalanmışdılar - bir dəfə çempion olub həyatını qura biləcək qədər pul, obyekt, ev, maşın alırdılar, adları müxtəlif nazirliklərdə “işçi” kimi yazılırdı, ayda “paket” alıb dolanırdılar və idmana həvəsləri ölürdü. Ölkədə digər sahələr kimi, idman sahəsi də tam çürüyüb”

 

Cavid
Hurriyyet.org

 

09:19