Məktəblərdə müəllimlərdən niyə 20 manat toplanır?

 

 

Sumqayıt Təhsil İdarəsinin tabeçiliyində olan 25 və 12 saylı məktəblərdə müəllimlərdən 20 manatdan pul toplanır. Müəllimlər bunun səbəbiylə maraqlandıqda onlara bildirilib ki, yay tətili ərzində həmin məktəblərin sinif otaqları təmir olunacaq. Müəllimlər isə buna narazılıqla yanaşıblar ki, onsuz da az əməkhaqqı alan müəllim hansı səbəbə 20 manat ödəməlidir?

Məsələ ilə əlaqədar Sumqayıt şəhər Təhsil İdarəsilə əlaqə saxıladıq. İdarədən bizə bildirdilər ki, anonim sorğu cavablandırılmır. Kimin şikayəti varsa, idarəyə məktubla rəsmi şəkildə müraciət eləsin və məsələ araşdırlıdıqdan sonra onlara müvafiq cavab verilsin.
Qeyd edək ki, Azərbaycanın əksər bölgələrində orta məktəb və liseylərdə müəllimlərdən aylıq pul toplanılması siyasəti dəyişməyib. Təmir və başqa adlar altında rüşvət yığmanın yeni texnologiyaları da icad olunmaqdadır. Bakı şəhərinin bir sıra orta məktəblərində şagirdlərdən ekskursiya adı altında külli miqdarda rüşvət yığımı siyasətini kimsə dana bilməz. Adicə Qobustan Dövlət Qoruğuna ekskursiya adı altında şagirdlərin hətta dərisi soyulur. Muzeylərə səfər, teatrlara tamaşalar baxmaq, sərgi salonlarına ekskursiya və digər adlar altında da şagirdlər soyulur. Hər hansı bir sinif məktəb direktorunun tələbinə əməl edə bilmədikdə, bütün zərəri həmin sinfin rəhbəri olan müəllimin ödməsi bir şərt olaraq görülür.

Hurriyyet.org

10:36