Gerçək ziyalı arayışında: Bilindiyi kimi, sözlər məna baxımından ikiyə ayrılar. Ziyalı – lüğəti mənada: Aydın, nurlu, işıqlı; istilahi mənada: Qəlbində kin-küdurət daşımayan, məsələlərə qərəzli yanaşmayan, haqlı sözlər, haqlı deyimlər qarşısında baş əyə bilən və s.
Sözə qarşı həssaslığım: Sözə qarşı həssas insanların sevinci, eyni zamanda hayqırışları və üsyanları da çox ciddi olur, bunu siz də bilirsiniz. Haşiyədən kənara çıxmadan acı və ağrılı bir xatirəmi bölüşərək fikirlərimi cəmləməyə çalışım, mahiyyəti və muhtəvası da anlaşılmış olsun düşüncələrimin. Məsələn, soruşuram şərəfli millətimin dəyərli bir gəncindən: Fatih Sultan Məhməd’i tanıyırsınızmı? Sual verirəm ədəbiyyatın öncülərindən: Şəhriyar’ı tanıyırsınızmı? Aldığım cavab belədir: “Mən idmançıyam.” Nə yazıq ki, bu cür acı və ağrılı xatirələrim üç nöqtəlidir...
Açıq söyləyim ki, ömrüm insanlar tərəfindən “dərin fəlsəfəniz var”, “filosof şair”, “söz sərrafı” və s. kimi ifadələrə muhatab olmaqla keçər, ancaq... Ancaq onu da söyləməliyəm ki, mənimçün heç bir halda məqsəd hasil olmur və dolayısı ilə, heç nə dəyişmir; nə təfəkkür adına bir qatqıya səbəb olurlar, nə də təhəssüs adına bir yol açılmış olur.
Fikir yolçuluğu

Tural Qul
09:14
Digər xəbərlər