ETTELLAT güneyli tələbəni oğurlayıb

 

Kəleybər Azad Universitetində bədən tərbiyəsi və idman ixtisası üzrə təhsil alan öyrənci milli fəal Qasim Mahmudi İran mollakratiya rejiminin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

 

Bu barədə milli fəalın yaxınlarından biri xəbər verib. Onun sözlərinə görə, fəal Kəleybər ETTELAAT İdarəsinin əməkdaşları tərəfindən yaxalanaraq naməlum istiqamətə aparılıb. Qeyd edək ki, İran mollakratiya rejimi Güney Azərbaycan Milli Hərəkatının fəallarına qarşı artıq neçənci dəfədir bu üsulla terror siyasətini gündəmə gətiribdir. İnsan haqları qurumlarının hedabatında da qeyd olunduğu kimi, Tehran mollakratiya rejimi ona qarşı olan vətəndaşları oğurlamaq kimi siyasətləri gündəmə gətirməklə, sonradan baş verə biləcək xoşagəlməz olaylardan özünü sığırtalamaq üçün bu addımları atır. Özəlliklə də bu çirkin addımlar daha çox Güney Azərbaycan Milli Hərəkatının gənc fəallarına qarşı tətbiq olunur.

Xudaferin.eu
Güney Azərbaycan, “Tərbiz Bürosu”    

 

09:23