DTX-nın iki İŞİD üzvünü öldürdüyü əməliyyat: “Videonu İŞİD rəhbərlərinə göstərəcəkdi”
Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) keçirdiyi əməliyyat zamanı ələ keçirilən İŞİD üzvlərinin ifadələri məlum olub. Xatırladaq ki, DTX əməliyyatı 2016-cı ilin oktyabr ayında həyata keçirmişdi. Rəsmi məlumata görə, Bakı-İstanbul reysində olan İŞİD üzvləri DTX əməkdaşlarına müqavimət göstərərkən zərərsizləşdiriliblər. Onlaran ikisi öldürlülüb, ikisi isə sağ ələ keçirilmişdi.
Əməliyyat-axtarış tədbirləri nəticəsində Ağamirzə Quliyevin sərnişin olduğu “Bakı-İstanbul” avtobusu Ələt qəsəbəsi ərazisində saxlanılmışdı. Ona Dövlət Təhlükəsizlik Xidmətinə getmək təklif olunsa da A.Quliyev üzərindəki əl qumbarasını partlatmağa cəhd etmişdi. Xüsusi təyinatlılar tərəfindən A.Quliyev zərəкsizləşdirilib. Dəstənin digər üzvü Fuad Rüstəmov isə Abşeron rayonu ərazisində saxlanılarkən silahlı müqavimət göstərən zaman öldürülüb. 4 nəfərlik dəstə üzvlərindən ikisi isə sağ ələ keçirilib. Onalar Sumqayıt şəhər sakinləri Aydın Gülməmmədov və Əmrah İmanovdur. Onlar barəsində Dövlət Təhlükəsizliyi Xidməti İstintaq baş idarəsi tərəfindən Cinayət Məcəlləsinin 218.2, 28,181.2.1, 28,214.2.1, 28,214.2.3 və 228.1-ci maddələri ilə cinayət işi başlanılıb. İstintaq başa çataraq iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesinə hakim Səbuhi Hüseynov sədrlik edir.
İttihama görə, onlar həmin quruma rəhbər seçiliblər, təşkilatlanaraq dini ekstremizm zəminində digər şəxslərin cinayətkar fəaliyyətə cəlb edilməsi məqsədi ilə sövdələşmələr aparıb, qanunsuz olaraq odlu silah və partlayıcı vasitələr əldə ediblər, terror aktları və silahlı basqınlar törətməyə hazırlıq hərəkətləri görüblər. Onlar müxtəlif tarixlərdə gizli toplaşaraq ölkədən kənarda fəaliyyət göstərən terror təşkilatının rəhbərinə mütləq tabeçiliklərini və sədaqət andını bəyan etmələrinin videoçəkilişini aparıb, cinayətkar niyyətlərinin həyata keçirilməsi, əlavə silah-sursat əldə edilməsi, vəsait toplanılması üçün tədbirlər görüb, ayrı-ayrı şəxslərə hədə-qorxu altında aylıq ödənişlər tətbiq edib, basqın ediləcək konkret şəxslərin güdülməsini həyata keçirib, ictimai qaydanı pozmaq, əhali arasında vahimə yaratmaq məqsədi ilə planlaşdırılan xüsusilə ağır cinayət əməlinin törədilməsi ilə bağlı dəstə üzvləri arasında vəzifə bölgüsü aparıblar.
İŞİD üzvlərinin etirafları…
Aydın Gülməmmədov ifadəsində bildirib ki, İslam dininin əhli-sünnə təriqəti üzrə ibadət edib. O, dini ləqəbi “Ömər” olan Ağamirzə, Fuad, Emin, Zaur və Əmrah adlı şəxlərlə tanış olduqdan sonra onlarla birlikdə ibadət etməyə başlayıb.
“Dini mövzularda söhbətlər edirdik. Fuad İŞİD-də Şamil adlı dostunun olduğunu, onunla feysbuk vasitəsilə əlaqə saxladığını deyirdi. Sumqayıtda çayxanalarda yığışırdıq. Fuad Şamillə danışdığını, İŞİD-ə beyət etməklə İŞİD-in Qafqazdakı qolu ola biləcəyimizi, İŞİD-in bütün tapşırıqlarını yerinə yetirəcəyimizi söylədi. Həmçinin, Fuad videoçəkiliş aparmaqla İŞİD-ə sədaqət andı içməyi təklif etdi”- deyə təqsirləndirilən şəxs ifadəsində göstərib. A.Gülməmmədov qeyd edib ki, bu andiçmədən sonra İŞİD rəhbərləri onlara inanacaqmış: “Fuad həmin videoçəkilişi Suriyada olan dostu Şamilə göndərəcədi. Şamil isə öz növbəsində videoçəkilişi İŞİD rəhbərlərindən birinə göstərdikdən sonra bizim İŞİD-ə qəbul olunacağımızı söyləmişdi. Bu məqsədilə Əmrah İmanovun yaşadığı evə getdik. Dəstəmaz alıb İşa namazı qıldıq. Sonra isə çəkilişə hazırlaşdıq. Əmrah qara mayka gətirib, iki hissəyə böldü. Üzümüzü bağlamaq üçün maska düzəltdi. Əmrah telefonunu mənə verdi ki, çəkim. Çəkiliş zamanı Zaur ərəb və rus dillərində danışırdı. Bu dillərin heç birini bilmədiyim üçün nə dediklərini anlamırdım. Əmrah videonun Zaurun telefonuna köçürdü. Fuadla Zaur mənə videonun heç kimin əlinə düşməməsi barədə tapşırıq verdilər. Sonra telefonu satmalı olduğum üçün videonu da sildim”. Təqsirləndirilən şəxs ifadəsində Sumqayıtda mağazalardan birinə basqın etmək planlarının olmasını da etiraf edib.
O, deyib kİ, Sumqayıt şəhərində yerləşən “Ləzgi” marketə silahlı basqın planları olub.
“Zaur bizi yığıb hamının maddi çətinliyi olduğunu, marketə hücum edib pulları ələ keçirməyi təklif etdi, razılaşdıq. Zaur deyirdi ki, market bağlandıqdan sonra gündəlik yığılan pulları orada işləyən qadın evinə aparır. Plana görə, Fuad qadına basqın etməli, yanında kimsə olarsa Zaurla Ağamirzə köməyə gəlməli idilər. Mən isə çöldə dayanaraq basqın zamanı təhlükə olarsa qrup üzvlərinə xəbər verməli idim. Basqın zamanı kimin hansı silahdan istifadə edəcəyindən məlumatım olmayıb”- deyə o, bildirib.
Digər həbs edilən şəxs Əmrah İmanov da eyni məzmunlu ifadə verib. Onun sözlərinə görə, həbs olunmamışdan 3-4 ay əvvəl “Ömər” ləqəbli Ağamirzə Quliyev onu İslam dininə dəvət edib. Onun dəvəti ilə namaz qılmağa başlayıb.
“Ağamirzə idmanla məşğul olurdu, Aydın isə ətir alveriçisi idi. Tez-tez çayxanaya yığışıb dini mövzuda söhbətlər aparırdıq. “Ömər” təklikdə mənə dedi ki, Zaur, Fuad, Aydınla birgə beyət etmək qərarına gəliblər. Mənə də beyətdə iştirak etməyi təklif etdi. Əvvəl beyət etməyin nə olduğunu anlamadım. “Ömər” beyət etməyin and içmək olduğunu izah etdikdən sonra razılaşdım”- deyən Ə.İmanov and içmənin sırf dinlə bağlı olduğunu düşündüyünü və buna görə razılaşdığını deyib. Təqsirləndirilən şəxslərin hər biri onlara qarşı irəli sürülən ittihamla özlərini günahkar bilmədiklərini deyiblər.

Hurriyyet.org
09:39
Digər xəbərlər