Azərbaycanda universitetdə hicablı tələbələrə qadağa qoyuldu

 

Mingəçevir Dövlət Universitetinin rektoru Akif Hacıyev sentyabrın 18-də tələbələrin qarşısında çıxış edərkən dərsə hicabla gələn tələbələrin universitetə buraxılmayacağını deyib.  Məsələ ilə bağlı universitetinin mətbuat xidməti rəsmi açıqlama verib.

Açıqlamada Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyən olunduğu deyilir: "Buna uyğun olaraq Mingəçevir Dövlət Universitetində "Təhsilalanların daxili intizam Qaydaları"nın 2.3-cü bəndinin 10-cu abzasında qeyd olunur ki, tələbələrə hicablı və digər dini atributları üzərində daşıyaraq, üzü tüklü (təraş olunmamış) vəziyyətdə təhsil ocağına daxil olmağa icazə verilmir”.

 

Rektor təsdiqlədi - Hicablı tələbələr dərsə buraxılmır

Universitetin rektoru Akif Hacıyev bu xəbərin doğru olduğunu deyib: "Biz Mingəçevir Dövlət Universitetinin Nizamnaməsinin 1.7-ci bəndinə əsasən, universitetdə təhsil alanların geyim formasının Elmi Şuranın qərarı ilə müəyyənləşdirmişik. Biz hicabın əleyhinə deyilik. Özləri bilər. Amma dərsə daxil olanda hicabınızı açın və dərs bitəndən sonra hicabınızı taxın. Vəssalam. Bir də ki üzü saqqallı gənclərin dərsə gəlməsini qadağan etmişik. Burada qəbahətli heç nə yoxdur. Azərbaycanda din dövlətdən ayrıdır. Artıq tələbələr dərsə hicabsız gəlirlər. Heç bir problem yoxdur”

BakuPost

 

14:10