Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdən işdən qovuldu

 

Rusiya Federasiyasının dövlət başçısı Vladimir Putin Dağıstanın prezidenti Ramazan Abdulatipovu istefaya göndərdi

Siyasi karyerası boyunca saxtakarlıq etmək taktikası ilə fəaliyyət göstərən  Dağıstan prezidenti Ramazan Abdulatipov guya öz istəyi ilə işdən azad olunması üçün ərizə yazıb.

Halbuki, son zamanlar Rusiya mediasında prezident Vladimir Putinin Dağıstanın rəhbəri Ramazan Abdulatipovu istefaya göndərməsi barədə məlumatlar yer almaqdadır. R.Abdulatipovun mətbuat xidməti “RİA-Novosti”yə açıqlamasında məsələni şərh etməkdən emtina edib: “Biz bu məlumatı şərh edə bilmərik”. Bu bir daha Ramazan Abdulatipovun istefaya göndərilməsi ilə bağlı xəbəri doğrulayır. Dağıstan lideri bir qrup qubernatorun işdən azad edilməsi ilə əlaqədar vəzifədən uzaqlaşdırılıb.
Ərizəni yazmazdan öncə R.Abdulatipovu təcili olaraq Kremlə çağırıblar. İddia olunur ki, onunla istefa məsələsini və yerinə kimin təyin olunacağını müzakirə etmək istəyiblər.

Qeyd edək ki, Ramazan Abdulatipovun Azərbaycanın baş nazirinin sabiq müavini Abbas Abbasovla çox sıx dostluq münasibətləri var idi. Bu dostluq münasibətlərinin nəticəsi olaraq R. Abdulatipov 2016-ci ildə Abbas Abbasovun həbsdə olan qardaşı oğlu Nadir Abbasovun həbsdən azad olunmasına yardım etmişdir. Bütün bunlarla yanaşı, R. Abdulatipov Abbas  Abbasovla birlikdə Azərbaycan dövlətçiliyinə qarşı “Milyonerlər İttifaqı” adlı qondarma bir qurum da təsis etmişdi. Bu qurumun əsas strateji hədəfi Azərbaycanın mümkün qədər daxili işlərinə müdaxilə etmək, Ermənistanın məxfi xidmət orqanları ilə birlikdə hərəkət etmək idi. Bununla bərabər, R. Abdulatipov uzun müddət Azərbaycana qarşı etnik separatizm siyasəti yürüdən dəstələri himayə edirdi. Dağıstanda, xüsusilə qədim Dərbənd şəhərində  azərbaycanlı məmurlara qarşı divan tutan ilk prezident kimi tarixə düşdü.

Xudaferin.eu
RF. “Moskva Bürosu”
Dağıstan, “İnciqala Bürosu”

10:16