Apellyasiya Məhkəməsi Mehman Hüseynovun işinə yenidən baxır
Məhkəmə vəkillərin yalnız bir vəsatətini təmin edib. Noyabrın 3-də Bakı Apellyasiya Məhkəməsində hakim Əflatun Qasımovun sədrliyi ilə bloger Mehman Hüseynovun işinə yenidən baxılmasına başlanılıb. Bu il sentyabrın 29-da Ali Məhkəmə M.Hüseynovun kassasiya şikayətini qismən təmin edib və onun şikayəti Apellyasiya Məhkəməsinə qaytarılıb.
M.Hüseynov 2017-ci il martın 3-də Suraxanı Rayon Məhkəməsinin hökmü ilə 2 il azadlıqdan məhrum edilib. Bundan əvvəl, yanvarın 9-da onun oğurlandığı güman edilirdi. Yalnız yanvarın 10-da məhkəmə önünə çıxarkən onun Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsində saxlandığı məlum olmuşdu. Nəsimi Rayon Məhkəməsinin qərarı ilə M. Hüseynov polisə tabe olmamaqda təqsirli bilinərək 200 manat cərimə edilmişdi. Jurnalistlər önünə çıxan bloger polisdə saxlandığı müddətdə işgəncələrə məruz qaldığını söyləyib. Nəsimi Rayon Polis İdarəsinin rəisi Musa Musayev də M.Hüseynovun işgəncə ilə bağlı dediklərini polisə böhtan sayaraq xüsusi ittiham qaydasında iddia qaldırıb. Həmin iddia əsasında M.Hüseynov 2 il azadlıqdan məhrum edilib.
Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlayıb. Ancaq Ali Məhkəmə blogerin kassasiya şikayətini qismən təmin edib, işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıb.
Bu gün Bakı Apellyasiya Məhkəməsinin iclasında iddiaçının nümayəndəsi Əlirza Əbilov polis rəisinin iradını təsdiqləyib.
M.Hüseynovun vəkilləri üç vəsatət qaldırıb: onun “şüşə qəfəs”dən buraxılaraq vəkilin yanında əyləşməsinə icazə verilsin; həbs qətimkan tədbiri dəyişdirilsin; şikayətə məhkəmə istintaqı aparılmaqla baxılsın. Məhkəmə heyəti vəkillərin yalnız məhkəmənin istitnaqla aparılması barədə vəsatətini təmin edib. Hansı ki, Ali Məhkəmənin qərarında da bu əksini tapıb.
Vəkil Fuad Ağayev diqqəti ona yönəldib ki, M.Hüseynov Bakının mərkəzində oğurlanaraq Nəsimi rayon polisinə aparılıb və orada fiziki təzyiqə məruz qalıb. O bu barədə ictimaiyyətə məlumat verərkən onu böhtanda ittiham ediblər. Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsi obyektiv təhqiqat aparmadan hökm çıxarıb. Vəkilin fikrincə, Mehman Hüseynovun saxlanıldığı küçədəki video kameralaradkı, onun polis avtomobilinə oturdulması əks olunmuş polis aavtomobilindəki video reqistratordakı, polis avtomobilindəki naviqasiya aparatındakı, küçələrdə yerləşdirilmiş “Təhlükəsiz şəhər” kameralarındakı, polis binasında müşahidə kamerasındakı video qeydlərə baxış kimin həqiqətən cinayət törətdiyini göstərər. O, məhkəmədən xahiş edib ki, bu video görüntülər məhkəməyə təqdim edilsin. Bütün video görüntülər iddia tərəfindədir. Bu kadralara baxılanda M.Hüseynovun M.Musayevə nədə böhtan atmasına aydınlıq gətiriləcək”.
Vəkil müşahidə kameralarının görüntülərinə baxılmadan Mehman Hüseynovu təqsirkar elan edilməsi barədə məhkəmə qərarının ədalətə söykənmədiyini deyib. Vəkil həmçinin polis rəisi Musa Musayevin məhkəməyə ifadə verməsi üçün dəvət edilməsi barədə vəsatət qaldırıb.
M.Hüseynov deyib ki, M.Musayevi tanımır. M.Hüseynov Nəsimi rayonu ərazisində 15 əxlaqsızlıq yuvasının fəaliyyət göstərdiyini deyərkən hakim onun sözünü kəsərək növbəti iclası noyabrın 10-na təyin edib. M.Hüseynov “Sancaq” satirik onlayn-jurnalında yüksək vəzifəli məmurların korrupsiyaya uğraması haqda çoxsaylı videomateriallar hazırlayıb. O, siyasi məhbus kimi tanınıb.

Amerikaninsesi.org
10:01
Digər xəbərlər