AMEA-da ev qalmaqalı səngimir. Bu dəfə Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi 12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının sakinləri AMEA-da mənzil bölgüsü üçün yaradılmış komissiyaya açıq məktub ünvanlayıb. Sakinlər mənzil bölgüsünü həyata keçirdən komissiyadan xahiş edir ki, podratçı şirkətlə bağlanmış müqaviləni diqqətlə oxusunlar və bundan sonra ədalətli qərar versinlər.
Xatırladaq ki, yataqxanada yaşayan 118 ailə 5 il bundan öncə prezidentə müraciət edib. Müraciətdən sonra prezidentin göstərişilə həmin ünvanda yaşayan 118 ailənin mənzillə təminatına dair iş başlayıb. “Evro Story-S” MMC ilə AMEA arasında 2012-ci il noyabrın 14-də podrat müqaviləsi imzalanıb. Bakı Şəhər İcra Hakimiyyətinin dekabrın 19-da 2012-ci il 564 saylı sərəncamı ilə Yasamal rayonu, Şərifzadə-12 ünvanında yerləşən “Aspirantlar” yataqxanasının həyətindəki 0.66 hektar torpaq sahəsi “Evro Story-S” MMC-yə bu yataqxanada yaşayan sakinlərin mənzil şəraitinin yaxşılaşdırılması və onların hər birinin 65 kvadratmetrdən az olmayaraq, mənzillə təmin olunmaları şərti ilə 4 ədəd 16 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilib.
Qeyd edək ki, sözügedən bina tikilib başa çatsa da, ev bölgüsü zamanı AMEA ilə sakinlər arasında narazılıq yaranıb. Belə ki, iyunun 13-də AMEA-nın bir qrup əməkdaşına həmin binadan mənzil verilməsi barədə rəsmi məlumat yayıldı. Adları açıqlanmasa da, tikilən mənzillərdən ev sahibi olan alimlərin sayının 54 olduğu açıqlanıb. 50-dən çox ailənin mənzil bölgüsündən kənarda qaldığı bildirilir. Hazırda yataqxananın həyətindəki layihə üzrə nəzərdə tutulan 4 ədəd 16 mərtəbəli binanın yerində 5 ədəd 16 mərtəbəli bina tikilib təhvil verilib.
“AMEA-da mənzil bölgüsü ilə əlaqədar yaradılmış və işinin məqsədinin nədən ibarət olduğunu bilməyən komissiyanın üzvləri 50-dən çox qanuni orderləri olan ailəni müxtəlif bəhanələr gətirərək, məqsədli şəkildə mənzil bölgüsündən kənarlaşdırıb. Mənzil bölgüsündən kənarda qalanların əksəriyyəti uzun müddət AMEA-nın əməkdaşları olub. Onların bəziləri yataqxanada qocalaraq AMEA-dan təqaüdə çıxıb, bəziləri də dolanışığının çətin olması üzündən müəyyən vaxtdan sonra başqa işə keçib və.s. AMEA İşlər idarəsinin müdir müavini Sərdar Əliyevi və digər komissiya üzvlərindən xahiş edirik ki, podratçı şirkətlə bağlanmış müqaviləni, xüsusilə müqavilənin 1.3 və 2.1.1 bəndlərini diqqətlə oxuyun! Bunun üçün elə də güclü savad tələb olunmur və xahiş edirik ki, orada yazılmış şərtlərə dəqiq əməl edəsiniz. Müqavilədə dəqiq və birmənalı şəkildə qeyd edilib ki, tikinti başa çatdıqdan sonra yataqxanada yaşayan və mənzil sahibi olan bütün sakinlər heç bir kateqoriyaya bölünmədən, heç bir şərt irəli sürülmədən nəzərdə tutulmuş binadakı mənzillərdə yerləşdirilməlidirlər. Akademiyanın mərhum prezidenti Mahmud Kərimovun prezident İlham Əliyevə ünvanladığı müraciətin əsasını da bu müddəa təşkil edir. Vaxtilə bu müqavilənin bağlanması üçün zəruri şərtlərdən biri yataqxanada yaşayan və yaşadığı mənzilə orderi olan sakinlərin imza ataraq öz razılıqlarını verməsi idi. Bu proses başlayanda hətta sakinlərdən biri gec gəldi və o zaman həm AMEA-dan, həm də tikinti şirkətindən olan nümayəndələr axşam saatlarına qədər gözləyib onun da imzasını aldılar. AMEA-da mənzil bölgüsü ilə əlaqədar yaradılmış mənzil komissiyanın üzvləri, Sizin prezident İlham Əliyevin xeyir-duası və Akademiyanın mərhum prezidenti Mahmud Kərimovun imzası ilə bağlanmış müqaviləyə bu qədər hörmətsizlik etməyə haqqınız yoxdur. Siz müqavilənin şərtlərini nəzərə almadan, özünüzə sərf edən formada hərəkət edərək, yeni qaydalar tətbiq etmisiniz. Hesab edirik ki, bu, qanun pozuntusudur və məsuliyyət tələb edir. Siz özünüzün istədiyi kimi mərhələlər, kateqoriyalar tərtib edirsiniz, bölgülər aparırsınız. Yataqxanada qanuni orderi olan və yaşadığı mənzilə görə yeni tikilmiş binadan mənzil almağa haqqı olan AMEA əməkdaşlarının və sakinlərini bəhanələrlə mənzil bölgüsündən kənarda qoymaqla bu prosesdən daha çox “irəli düşməyə” çalışırsınız. Yeri gəlmişkən, Sərdar müəllim narazı sakinlərlə söhbət edərkən bir az da “qabağa gedərək” əvvəllər verilmiş bu orderlərin qeyri-qanuni olduğu fikrini də söyləyib, hansı əsasla?! Apardığınız “bölgü” zamanı yataqxanada yaşayan sakinlərin köçürülməsi üçün nəzərdə tutulmuş binanın yalnız ilk 9 mərtəbəsindəki mənzillərin “şou” xarakterli bölgüsünü həyata keçirmisiz, yerdə qalan 10-16-cı mərtəbələrdəki mənzilləri isə bölgüyə daxil etməmisiz. Sual olunur, nə üçün həmin mərtəbələrdəki mənzillər bölgüyə qatılmayıb? Onlar kimlərə veriləcək? Soruşanlara da deyirsiniz ki, daha o binada veriləcək mənzil yoxdur. Müqavilənin şərtlərinə görə o bina bütövlükdə məhz yataqxana sakinləri olan 118 ailənin yerləşdirilməsi üçün nəzərdə tutulub. Tikintini aparan şirkətə heç bir aidiyyəti yoxdur. Bildiyimizə görə, komissiya üzvlərindən bəziləri sizlərin verdiyi qərarın qeyri-qanuni olduğunu bilərək yekun qərarınıza heç imza da atmayıb. Hüquqları pozulmuş sakinlər sizlərə müraciət etdikdə komissiyanın işə yenidən baxacağını qeyd edirsiniz. Onda belə çıxır ki, komissiyanın qərarını özünüz də qanunsuz hesab edirsiniz? Məhkəmə araşdırılması aparılsa, yəqin ki, hələ çox qaranlıq məsələlər üzə çıxar. AMEA tərəfindən yaradılmış mənzil komissiyasının birbaşa vəzifəsi yataqxanada mənzili olmayan insanlara çox güman ki, nəyinsə müqabilində mənzil paylamaqdan yox, yataqxanada yaşayan və qanuni mənzilə malik olan AMEA əməkdaşlarının və digər sakinlərin nəzərdə tutulan binada məskunlaşmasına nəzarət etmək olmalı idi. AMEA tərəfindən yaradılmış mənzil komissiyasının üzvlərindən əsas tələbimiz budur ki, bağlanmış müqavilənin şərtlərini pozmadan, müqavilənin şərtlərinə dəqiq əməl edərək yataqxanada yaşayan və vaxtilə imzalarını toplayaraq razılıqlarını aldığınız, lakin sonradan aldadaraq bu gün qapılara saldığınız yataqxana sakinlərini mənzillə təmin edəsiniz. Sonda komissiya üzvlərinə səslənirik, bu cür qanunsuz işlərinizlə prezident İlham Əliyevin siyasi kursunu dəstəkləyən, həmişə onun tərəfində olan və ona böyük ümidlər bəsləyən insanları incidərək narazı salmaqla dövlətçiliyə zərbə vurmuş olursunuz. Yəqin ki, bu haqda da düşünməyə dəyər”.
AMEA-da mənzil qalmaqalı komissiyaya çatdı

Yeganə Oqtayqızı
Cebhe.info
09:37
Digər xəbərlər