Abbas Abbasov ölkəyə buraxılmadı

 

 

Baş nazirin keçmiş birinci müavini Abbas Abbasovun Bakıya gəlmə cəhdi yenə baş tutmadı
 

Abbas Abbasovun illər öncə Azərbaycanda mövcud iqtidara qarşı müxalif mövqeyində olan “Milyonerlər İttifaqına” qoşulmasından sonra onun ölkəyə girişinə qeyri rəsmi şəkildə qadağa qoyulub. Dəfələrlə Abbas Abbasov Bakıya gəlməyə çalışsa da bu baş tutmayıb. Bu günlərdə isə Abbas Abbasov yenidən buna cəhd göstərib.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə əlaqə quran Abbas Abbasov bildirib ki, heç bir siyasi prosesə daha müdaxilə etməyəcək və doğulduğu Gəncə şəhərindən kənara çıxmayacaq. Yetər ki, onun ölkəyə girişinə icazə verilsin. Polad Bülbüoğlu isə öz növbəsində Abbas Abbasovun xahişini rəsmi Bakıya çatdırıb. Amma cavab mənfi olub. Görünür Abbas Abbasova hakim düşərgənin elə bu gün də heç bir inam qalmayıb.

Muxalifet.az

10:35