01 January 2018

24 ildən sonra bir ilk – VİDEO

Cocuq Mərcanlı sakinləri 24 ildən sonra ilk dəfə olaraq öz ata-baba torpaqlarında Yeni il bayramını qeyd edəcəklər. Uğurlu aprel döyuşlərindən sonra öz doğma kəndlərinə qayıdan ailələr Yeni il hazırıqlarını başa çatdırıblar.

Xudaferin.eu-nun Xəzər TV-yə istinadən məlumatına görə, 24 il sonra onlar yenidən doğma yurdlarında bayramı qeyd edirlər. Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni ilin gəlişi Cocuq Mərcanlı sakinlərinin həyəcanını bir az da artırıb.

Ermənistana gedən avtobus qəza törətdi: Beş azərbaycanlı öldü

Ötən gecə Tbilisidə baş vermiş avtomobil qəzası nəticəsində ölən 5 nəfərin azərbaycanlı olduğu məlum olub.

Xudaferin.eu-nun APA-ya istinadən məlumatına əsasən, Rusiyadan Ermənistana gedən “Mercedes Neoplan” avtobusu Tbilisidə “Quru  körpü” yaxınlığında “Lada” markalı minik avtomobili ilə toqquşub. Minik avtomobilinin sürücüsü və 4 sərnişini qəza nəticəsində ölüb.  

Dünyasını dəyişmiş azərbaycanlılar Gürcüstan vətəndaşlarıdır. Onların hər birinin 19 yaşı olub. Faciəvi şəkildə ölən gənclər sabah doğulduqları Sadaxlı kəndində dəfn olunacaqlar.

Fələstin ABŞ-dakı səfirini geri çağırır

Fələstininin xarici işlər naziri Riyad əl-Maliki Vaşinqtondakı səfir Husam Zamlatı geri çağırmaq barədə qərar qəbul edib.

Xudaferin.eu-nun Newsru.co.il nəşrinə istinadən məlumatına görə, Zamlat məsləhətləşmələr üçün Fələstinə qayıdacaq.

Rəsmi Ramalla XİN rəhbərinin qərarının şərh etməkdən imtina edib.

Qeyd edilir ki, Ramalla və Vaşinqton arasında diplomatik münasibətlər Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasında sonra dondurulub.

Xudaferin.eu

Orduya çağırış başladı

Azərbaycan Prezidentinin müvafiq Sərəncamına uyğun olaraq, bu gündən - yanvarın 1-dən ölkəmizdə növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Xudaferin.eu xəbər verir ki, bir ay davam edəcək çağırış prosesində minlərlə gənc hərbin sirlərinə dərindən yiyələnmək, Vətənin keşiyində əzmlə dayanmaq kimi şərəfli borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanacaq.

Ağ Ev İrandakı etirazçıları dəstəklədi

Ağ Evin mətbuat katibi Sara Sanders bəyan edib ki, ABŞ İranda etiraz edənləri dəstəkləyir.

Xudaferin.eu-nun xəbərinə görə, bu barədə RİA Novosti nəşri yazır.

“Biz İran xalqını öz fikrini ifadə etməkdə dəstəkləyirik. Onun səsi eşidilməlidir. Biz bütün tərəfləri bu fundamental özünüifadə hüququna hörmətlə yanaşmağa və senzuraya kömək edən istənilən fəaliyyətə yol verməməyə çağırırıq”, -  deyə S. Sanders bildirib.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp İran hökumətinin ölkədə “Telegram” və “Instagram”ın bağlanmasına dair qərarını qınayıb.

BMT-nin baş katibi “qırmızı həyəcan” siqnalını verdi

BMT-nin baş katibi Antoniu Quterriş Yeni il müraciətində “qırmızı həyəcan” siqnalı verib və bəşəriyyəti gözləyən əsas təhlükələri açıqlayıb.

Xudaferin.eu-nun TASS-a istinadən məlumatına görə, o qeyd edib ki, nüvə silahı ilə bağlı qlobal təhlükə soyuq müharibə dövründən ilk dəfə ən yüksək həddə çatıb.

“İqlim biz gözlədiyimizdən tez dəyişir, bərabərsizlik artır. Biz insan hüquqlarının pozulması, nasizm və ksenofobiya çoxalmasını müşahidə edirik”,-  Quterriş əlavə edib.

Şəhriyar Məmmədyarov FİDE reytinqində

FİDE şahmatçıların növbəti reytinq cədvəlini açıqlayıb.

Xudaferin.eu xəbər verir ki, qrossmeyterimiz Şəhriyar Məmmədyarov yeni reytinq cədvəlində 3-cü sırada qərarlaşıb. Onun hesabında 2804 reytinq xalı var.

Reytinq cədvəlinə əsasən dünya çempionu norveçli Maqnus Karlsen 2017-ci ilin 2834 xalla lider kimi başa vurub.

İkinci yerdə 2811 xalla amerikalı Fabiano Karuana qərarlaşıb.

Xudaferin.eu

İsveçli bloqer Bakıya üstünlük verir

İsveçli bloqer qadın Cənubi Qafqaz ölkələrinin paytaxtları arasında Bakıya üstünlük verir.

Tanınmış isveçli bloqer qadın, turistlər üçün “Ladies Abroad” internet-jurnalının təsisçilərindən biri olan Lena Löfblad Azərbaycan, Gürcüstan və Ermənistan paytaxtlarında olub və bu şəhərlər barəsində təəssüratlarını bölüşüb.

AZƏRTAC xəbər verir ki, Lena Löfblad həmin jurnalın səhifələrində hər üç ölkənin paytaxtının görməli yerləri, mədəniyyəti, tarixi abidələri və milli mətbəxi barədə söhbət açıb.

Gürcüstanda Qarabağ müharibəsi şəhidi Elşən Məmmədovun xatirəsi anılıb

Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin əməkdaşları bu ölkədə azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunun Zol-Güvəc kəndində, 2015-ci il sentyabrın 25-də şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Elşən Vaqif oğlu Məmmədovun ailəsini ziyarət ediblər.

Səfirliyin hərbi attaşe aparatının rəhbəri, polkovnik-leytenant Fuad İbrahimov, müavini mayor Elcan İmamverdiyev, səfirliyin ikinci katibi Fəxri Hacıyev və başqaları şəhidin ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıblar.

Azərbaycan kinosu dünya ekranlarında

Yola salmağa hazırlaşdığımız bu il Azərbaycan kinematoqrafiyasının beynəlxalq əlaqələrinin inkişaf etdirilməsi və milli mənəvi dəyərlərin dünyada tanıdılması istiqamətində uğurlu olub.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, son bir neçə ildə ölkəmizdə istehsal edilmiş 13 film bu il dünyanın 20 ölkəsində keçirilmiş 38 beynəlxalq kino festivalında 51 dəfə iştirak edərək 20 mükafat qazanıb.

Azərbaycanın görkəmli musiqiçisi Çingiz Sadıxov ABŞ-da vəfat edib

Dekabrın 30-da Azərbaycanın görkəmli musiqiçisi, istedadlı pianoçu Çingiz Sadıxov vəfat edib.

Maestro Sadıxov 1929-cu ilin aprelin 5-də Bakıda anadan olub. İlk təhsilini 1939-1946-cı illərdə Bakının Onillik musiqi məktəbinin istedadlı uşaqlar qrupunda alıb. Sonradan Azərbaycan Dövlət Konservatoriyasının piano fakültəsində, Moskva Dövlət Konservatoriyasının aspiranturasında, professor Aleksandr Qoldenveyzerin sinfində oxuyub.

Nigeriyada Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə xeyriyyə konserti keçirilib

Nigeriyanın paytaxtı Laqosda Azərbaycanın Dostları Təşkilatı tərəfindən Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə uşaqlar üçün xeyriyyə konsert təşkil edib.

AZƏRTAC xəbər verir ki, təşkilatın rəhbəri həmyerlimiz Billurə Bayramova tədbirdə çıxış edərək qonaqlara Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı ətraflı məlumat verib və Yeni il münasibətilə təbriklərini çatdırıb.

Konsertdən əldə edilən vəsait “The Daughters of Charity of St. Vincent de Paul” xeyriyyə təşkilatına yönəldilib.

AZƏRTAC

İranda Xameneinin iqamətgahına yürüş - ETİRAZLAR DAVAM EDİR / Video

Bu gecə Tehrandakı etirazçılar İranın Ali Dini lideri Əli Xameneinin iqamətgahına doğru yürüş ediblər.

Xudaferin.eu xəbər verir ki, bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Televiziya iqamətgaha doğru hərəkət edənlərin sayının 1000 nəfər olduğunu bildirib.

Etirazçıların yürüşü ilə əlaqədar iqamətgahın qarşısına İran İslam İnqilabı Keşikçiləri Korpusunun üzvləri yerləşdirilib. İqamətgah qarşısında təhlükəsizlik tədbirləri gücləndirilib. Etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmanın olması haqqında heç bir məlumat verilməyib.

İranda etiraz aksiyaları zamanı ölənlərin sayı 10-a çatıb / YENİLƏNİB

İranda iğtişaşlar zamanı ölənlərin sayı 10-a çatıb.

Bu barədə İranın dövlət telekanalı məlumat yayıb.

Daha öncə 4 nəfərin öldüyü barədə xəbər verilirdi.

İranda Xuzestan vilayətinin İze şəhərində etiraz aksiyaları zamanı ən azı iki nəfər ölüb.

Trend-in "ILNA" agentliyinə istinadən verdiyi məlumata əsasən, bunu millət vəkili Hidayətullah Xadimi bildirib.

Qeyd olunur ki, deputat ölənlərin hüquq mühafizə orqanları tərəfindən öldürüldüyünü təsdiqləməyib, bu da bəzi qrup insanlarda silahın olmasını göstərir.

Bu gündən gömrük rüsumları ARTIRILIR - QƏRAR

Bu gündən Azərbaycana idxal edilən minik avtomobillərinə tətbiq edilən idxal gömrük rüsumu artıb.

Xudaferin.eu bildirir ki, bu, Nazirlər Kabinetinin 17 noyabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilən "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri"ndə əksini tapıb.

"Nüvə düyməsi masamın üzərindədir" - Kim Çen In

Şimali Koreya 2017-ci ildə milli nüvə qüvvələrin yaradılmasını yekunlaşdırıb.

Xudaferin.eu-nun TASS-a istinadən məlumatına görə, bu barədə ölkənin lideri Kim Çen In bəyan edib.

Onun sözlərinə görə, KXDR-lə müharibəyə can atan ABŞ-ı yeganə saxlayan məhz Pxenyanın nüvə qüvvələrinə malik olmasıdır.

Şimali Koreya lideri həmçinin qeyd edib ki, Pxenyan qərar verərsə, ABŞ-ın istənilən nöqtəsinə nüvə zərbəsi endirmək imkanına malikdir.

İranı etiraz aksiyaları bürüdü - Ölənlər var/ VİDEO

İranın Lurestan vilayətində yerləşən Dordu şəhərində polislə toqquşma zamanı iki nəfər ölüb.

Qiymətlərin baha olmasına etiraz edən minlərlə insan üç gün əvvəl İranın Məşhəd, Kirmanşah, Həmədan, Qum, İsfahan, Rəşt və digər şəhərlərində etiraz aksiyaları başlayıb. İqtisadi tələblərə tez bir zamanda siyasi tələblər də əlavə olunub.

Etiraz aksiyaları zamanı onlarla insan həbs edilib.

Ölkənin daxili işlər naziri Abdülrahman Rahmani Fazli aksiyaçıların qarşı sərt tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.

Xudaferin.eu