Yaponiya özünümüdafiə qüvvələri Şizuoka prefekturasında döyüş atəşlərini yerinə yetiriblər
Avqustun 27-də Yaponiya özünümüdafiə qüvvələrinin quru qoşunları ölkənin mərkəzi hissəsində yerləşən Şizuoka prefekturasında döyüş atəşlərini yerinə yetiriblər. NHK telekanalı xəbər verir ki, bu təlimlər plan üzrə hər il təşkil olunur.
Hiqaşi-Fuci poliqonunda həyata keçirilən təlimlərə özünümüdafiə qüvvələrinin 2400 hərbiçisinin, 80 hərbi texnikanın və 20 təyyarənin cəlb edildiyi bildirilir. Təlimlər zamanı Yaponiyanın cənub-qərbində yerləşən uzaq adalardan birinə desant çıxarılması əməliyyatı yerinə yetirilib. Məlumatda əlavə olunur ki, təlimlər zamanı 2 milyon 500 min dollar dəyərində 36 ton hərbi sursat istifadə edilib.

Xudaferin.eu
“Uzaq Doğu Bürosu”
09:53
Digər xəbərlər