Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 7 min nəfərə yaxınlaşıb

Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 6957 nəfərə, yaralananların sayı 38 min 224 nəfərə çatıb.
AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, Türkiyə vaxtı ilə saat 9:45-ə olan son məlumat Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) tərəfindən açıqlanıb.
Hazırda zəlzələ bölgəsində 96 mindən çox heyət fəaliyyət göstərir. Zəlzələdən zərər çəkənlər üçün 51 minə yaxın çadır qurulub.

Xudaferin.eu
 

14:07