Qırğızıstanın Karakol şəhəri 2022-ci il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib
Sədrəddin Ayni adına Tacikistan Dövlət Akademik Opera və Balet Teatrında “Düşənbə-MDB-nin mədəniyyət paytaxtı-2021” ilinin bağlanış mərasimi keçirilib.
Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bağlanış mərasimində MDB İcraiyyə Komitəsi sədrinin – icraçı katibin müavini Beketjan Jumaxanov, Düşənbə şəhəri sədrinin müavini Amirxon Kurbanzoda öz çıxışlarında il ərzində Düşənbədə görülən işlərdən danışıblar.
Sonra onlar Qırğızıstanın İssık-Kul vilayətinin Karakol şəhərini 2022-ci ildə MDB-nin mədəniyyət paytaxtı elan ediblər.
Cavab nitqi ilə Qırğızıstanın Tacikistandakı Səfirliyinin müşaviri Meder Soorbekov çıxış edib, estafetin Karakol şəhərinə keçməsindən məmnun olduğunu bildirib, 2022-ci il ərzində planlaşdırılan layihələrdən danışıb.

Qulu Kəngərli
Xudaferin.eu
16:06
Digər xəbərlər