"Xudafərin" jurnalının əməkdaşı Ənvər Börüsoy suallarımızı cavablandırır

2015-ci ildən bu yana mədəniyyət nazirliyinin tabeçiliyində olan "Mədəniyyət" adlı qəzet daim mənə, yəni sənətşünas Ənvər Börüsoya qarşı dəfələrlə böhtan dolu yazılarla çıxış edib. Heç zaman onları məhkəməyə vermədim. Onlara cavab haqqım olan yazılarla çıxış etmədim. "Mədəniyyət" qəzetinin yazarları "bir tikə çörək" üçün mənə qarşı şər-şəmət yazanda bir qədər qürurlanırdım. Çünki, nazirliyin yarıtmaz işi ilə bağlı yazdıqlarımın həqiqət olduğuna daha çox inanırdım.

Bu gün görəsən "Mədəniyyət" qəzetinin yazarları, rəhbərliyi ötən dönəmlərdə yazdıqlarından utanırlarmı? Özümə söz vermişəm, bu dəfə onlardan kimlər mənə qarşı yeni rəhbərliyiə yarınmaq amacı ilə böhtanlar atsa, dərhal nazirliyi də, elə qəzetin yazarlarını da məhkəməyə verəcəm.

Uzun illər "Xudafərin" jurnalı Mədəniyyət nazirliyinin yarıtmaz işləri ilə bağlı silsilə yazıları nəhayət ki, öz bəhrəsini verdi.

xudaferin.eu

11:49