Xalqın yolunda malından keçən, Vətən yolunda canından keçər...
Yol! Bu üç hərfdən ibarət ifadəni hər kəs bir cür başa düşür, bir cür anlayır. Amma insan zəkasının dərk etdiyi yollar arsaında gözə görünməyən bir yol da var, enişli-yoxuşlu ömür yolu. Başlanğıcı, sonu məlum olan yol. Xoşbəxt o kəslərdir ki, bu yolu irəlilədikcə xeyirxah işlər görməyə Allahdan izni olur, özüylə son mənzilə xeyir əməllər daşıyır. Və bu xeyir əməllər axirətə kimi onun yükü olur…
O, 1951-ci ilin yanvar ayının 14-də Tovuz rayonunun Cilovdarlı kəndində dünyaya gəlib. 1969-cu ildə Bərdə şəhərindəki 2 saylı rusdilli orta məktəbi bitirib. 1970-ci ildə Leninqrad Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1975-ci ildə universiteti fərqlənmə diplomu ilə başa vurub. Həmin il Leninqrad Dövlət Universitetinin Cinayət Hüququ kafedrası üzrə əyani aspiranturaya daxil olub, 1978-ci ildə isə hüquq elmləri namizədi, alimlik dərəcəsi alıb.
1978-ci ildən 1980-ci ilədək Azərbaycan Respublikası Elmlər Akademiyası Fəlsəfə və Hüquq İnstitutunda işləyib, sonra iki il Azərbaycan Respublikası Ədliyyə Nazirliyində şöbə müdiri olub.
1982-ci ildən 1992-ci ilədək Ədliyyə Nazirliyində Qanunvericilik İdarəsinin rəisi vəzifəsində çalışıb.
1988-ci ildə Leninqrad Universitetində doktorluq dissertasiyasını müdafiə edərək, hüquq elmləri doktoru, alimlik dərəcəsinə yiyələnib. 1996-cı ildən professordur…
1992-ci ildən 1996-cı ilədək Azərbaycan Respublikası Ədliyyə Nazirliyində Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Kriminalistika və Kriminalogiya Problemləri İnstitutunun direktoru olub.
1996-cı ildən 2000-ci ilədək müxtəlif ali məktəblərdə hüququn ayrı-ayrı sahələrindən dərs deyib, həmçinin Ali Diplomatiya Kollecində elmi işlər üzrə prorektor vəzifəsində çalışıb.
Son illər davamlı olaraq “Cinayətkarlıq və cəza”, “Cinayət və cəzanın fəlsəfəsi”, “Cəzanın əxlaqiliyi haqqında”, “Ölməz ölüm cəzası” adlı kitablarını yazıb.
Əsərləri dünyanın bir çox xalqlarının – Rus, Türk, İngilis, Çin, Alman, Yəhudi, İtalyan, Qazax, Bolqar dillərinə tərcümə olunub.
Hazırda Qara dəniz və Xəzər Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının prezidenti, Azərbaycan Hüquqşünaslar İttifaqının sədri, «FINA» LLP hüquq firmasının prezidentidir. Respublikanın Əməkdar hüquqşünası fəxri adına layiq görülüb. İki övladı, beş nəvəsi var…
…68 ildir ki, yol gedir. Göründüyü kimi rəsmi tərcümeyi halı çox zəngindir, amma mən onun çiyinlərində gəzdirdiyi tərcümeyi halından söhbət açmaq istəyirəm. Allah qarşısında bəndənin qazandığı uğular yox, əməlləri əsasdır…
300-dən çox ürəkqüsurlu uşağın respublikada və Ukraynada əməliyyatını təşkil edib. Təsəvvür edin ki, 300 ailəyə sevinc, 300 insana həyat bəxş edib. Bu savabın qədərini insan yox, yalnız Allah dəyərləndirə bilər…
100 nəfərdən çox insana əmək haqqı verir, deməli 100 evdə qazan qaynayır, övladların üzü gülür…
30 nəfər tələbənin illik təhsil haqqını vaxtlı-vaxtında ünvanına ödəyir. Görün, hər il nə qədər imkansız ailə bunu bacarmadığından övladı ali təhsil ocaqlarını tərk etməyə məcbur olur…
Öz hesabına doğulduğu kənddə tibb məntəqəsi inşa etdirib, Səhiyyə nazirliyinə hədiyyə verib. Buna baxmayaraq, məntəqənin 14 nəfərlik tibb heyətinə illərdir ki, maaş verir. Həmin heyət 7 kəndin sakinlərinə xidmət edir. 7 kəndin sakinləri bundan fayda götürür. Məntəqə ən müasir avadanlıqlarla təchiz olunub. Həyətində 20 tonluq su çəni, yanğın əleyhinə 50 tonluq su anbarı tikilib. Artezian quyusu qazdırıb, oradan doğulduğu kəndin 4 istiqamətinə su çəkilib. Su həyatdır, deyiblər…
Bu da son xəbər- İlham Rəhimov dostları ilə birlikdə "Koronavirusla Mübarizəyə Dəstək Fondu"na 2 milyon manat vəsait köçürüblər...
İllər ötüb keçəcək, zəmanələr bir-birini əvəz edəcək. Çoxları unudulacaq, amma İlham Rəhimovun əməlləri ilə yaratdığı əfsanə insanların yaddaşında nəsillərdən nəsillərə ötürüləcək…

Elman Eldaroğlu
xudaferin.eu
00:59
Digər xəbərlər