Vergilər nazirliyi “Turan” haqda qərarlarını ləğv edib

 

Vergilər Nazirliyi “Turan” İnformasiya Agentliyinin (İA) iki şikayətini təmin edib. Bu haqda agentliyin məlumatında yazılır.

Məlumatda bildirilir ki, nazirlik “Turan”ın vergidən yayınması ilə bağlı verdiyi qərarını ləğv edib. Bundan başqa agentliyin 2010-2017-ci illər üzrə fəaliyyəti ilə bağlı səyyar vergi yoxlamasının etibarsız sayılmasına qərar verilib. “Turan” İA bildirir ki, nazirlik agentliyin poçt qutusuna 38 min manatdan çox vergidən yayınma və cəriməyə dair iddianın tam ləğv edilməsi barədə bildiriş göndərib. Eyni zamanda, nazir müavini İlkin Vəliyevin imzaladığı məktubda yazılır ki, Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin 2010-2017-ci illər üzrə səyyar vergi yoxlaması ilə bağlı 16 avqust tarixli qərarı ləğv edilib. Yoxlamanın ləğvi barədə rəsmən bəyan edilən 6 noyabr tarixli qərar agentliyə noyabrın 13-də daxil olub. Ancaq agentlik 38 min manatdan çox vergidən yayınma və cərimə barədə Lokal Vergilər Departamentinin qərarının ləğvi haqda rəsmi təsdiq məktubunu hələlik almayıb.

TURAN İA

 

11:02