Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirilib

 

Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, mədəniyyət, təhsil ocaqlarının işçiləri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Pirallahı RİH-in şöbə müdiri Hikmət Şikarov yubiley münasibətilə mərkəzin kollektivini təbrik edib. Müstəqillik illərindəki sərəncamlara əsasən Milli Kino, Milli Musiqi, Azərbaycan Əlifbası və Ana dili günlərinin təsis edilməsi xalqımızın çoxəsrlik mədəniyyətinə məhəbbətinin ifadəsi idi. Mədəniyyət sahəsində bir sıra qanunların qəbul edilməsi də bu sahədə hüquqi bazanın yaradılmasının əsas göstəricilərindən biridir.

Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin il ərzində bir sıra mədəni-kütləvi, ədəbi-bədii tədbirlərin keçirildiyini deyən H.Şikarov əməkdar incəsənət xadimi Baba Vəziroğlu ilə təşkil olunan görüşün, Ahıllar gününə həsr olunmuş mərasim və digər vətənpərvərlik ruhlu tədbirləri xüsusi vurğulayıb. Tədbir bədii hissə ilə davam etdirilib.

Xudaferin.eu
“Bakı Bürosu”

11:38